ABŞ liderliyindəki beynəlxalq koalisiya 2018-ci ildə nələrə nail olub?

2019/01/or-41-1547211760.jpg
Oxunub: 331     16:54     11 Yanvar 2019    
ABŞ liderliyindəki beynəlxalq koalisiya İŞİD-lə mübarizə üzrə Birgə Əməliyyat Qrupunu 2014-cü ildə təşkil etdi. Bundan sonra koalisiyanın beynəlxalq təhlükəsizliyin təmin edilməsindəki əhəmiyyəti daha da artdı. Ötən il ərzində koalisiya üzvlərinin sayı Filippin, Qvineya, Keniya və Fici adalarının qoşulması ilə 70-dən 74-ə çatdı.

Ordu.az xəbər verir ki, fəaliyyətdə olduğu müddətdə Birgə Əməliyyat Qrupu İraq və Suriyada bir sıra strateji əhəmiyyətli şəhərləri terrorçulardan azad edib.

Bunun nəticəsində isə 4 milyondan çox qaçqın və məcburi köçkün öz vətənlərinə qayıdıb. Əməliyyat qrupu, xüsusilə, Rəqqa vilayətinin təhlükəsizlik qüvvələrinin təşkil edilməsində əhəmiyyətli rol oynayıb. Ötən ilin aprel və iyun ayları ərzində İŞİD-in narkotik alveri ilə məşğul olan bir qrup üzvü ələ keçirilib və 1,4 milyon dollarlıq alverin qarşısı alınıb.

Koalisiya hərbçilərindən Çarlz Albertson növbəti il ərzində koalisiyanın əsas məqsədlərindən birinin hərbi təlimlər həyata keçirmək və taktiki məsləhətlər vermək olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

ABŞ liderliyindəki beynəlxalq koalisiya 2018-ci ildə nələrə nail olub?

2019/01/or-41-1547211760.jpg
Oxunub: 332     16:54     11 Yanvar 2019    