NI: ABŞ-ın “qara dəlik” adlandırdığı Rusiya sualtıları

2019/01/45645-1547210710.jpg
Oxunub: 531     16:32     11 Yanvar 2019    
ABŞ donanmasından fərqli olaraq Rusiya həm dizel, həm də nüvə enerjisi ilə işləyən sualtılardan istifadə edir. Rusiyanın nüvə sualtılarından daha çox uzaq okean patrullarında istifadə etdiyi, dizellə işləyən sualtı filotiliyasının isə nəinki Avropa, hətta Yaxın Şərqdəki konfliktlər üçün belə kifayət edəcəyi bildirilib.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə hərbi tədqiqatçı Kayl Mizokami məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın “Project 877” sinfli sualtıları NATO və Qərbə “Kilo” sinfli sualtılar olaraq məlumdur, ABŞ donanması isə onu “qara dəlik” adlandırır.

30 il ərzində tikilib başa gələn bu sualtılar həddindən artıq dərəcədə sakit olması ilə bilinir. Tikintisinə başlanan zaman Varşava paktına üzv ölkələrin donanmalarında xidmət etməsi planlaşdırılan sualtılar 3076 ton ağırlığındadır və 12 nəfərlik heyət və 41 nəfərlik işçi komandası ilə tədarükə ehtiyac olmadan 45 gün fəaliyyət göstərə biləcəyi qeyd edilib.

“Kilo”larda MGK-400 aşağı tezlikli sensor sistemi istifadə edilib və “Kalibr” qanadlı raketlərindən istifadə etməyə qadirdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

NI: ABŞ-ın “qara dəlik” adlandırdığı Rusiya sualtıları

2019/01/45645-1547210710.jpg
Oxunub: 532     16:32     11 Yanvar 2019    