Rusiya “T-90A”ları nəyinə görə istisnalıq təşkil edir? - QISA BAXIŞ

2019/01/RTX14-1547209955.jpg
Oxunub: 2560     16:25     11 Yanvar 2019    
Orta Şərqdə baş verən konfliktlər hədsiz insan itkisinə və qlobal çaxnaşmaya səbəb olub və olmaqdadır. Bu konfliktlər eyni zamanda məğlubedilməz sayılan qərb tanklarının döyüş gücünü də sual altında qoyub.

İraqın “M1 Abrams” tankları 2014-cü ildə təkcə Mosulun işğalının qarşısını ala bilməməklə qalmayıb, rəqib tərəfindən ələ keçirilərək İraqa qarşı istifadə edildi. Yəməndə Səudiyyə “M1s”ləri husilər tərəfindən məhv edildi. Türkiyə “M60 Pattons” və “M60T Sabra” tanklarını PKK və İŞİD terrorçularına qarşı mübarizədə itirdikdən sonra Almaniya istehsalı “Leopard 2A4”ləri istifadəyə verməli oldu.

Sözügedən bütün hadisələrdə tankların texniki müdafiə avadanlıqlarının əskik olmasının payı var, lakin əsas öyrənilməli olan məsələlər tank heyəti, döyüş ruhu və işəgötürmə ilə bağlıdır.

Tankların ard-arda nüfuzunu itirməsində yeganə istisna Rusiyanın “T-90A”larıdır.

“T-14 Armata” xidmətə verilənə qədər “T-90A” Rusiyanın əsas döyüş tankı idi və 550-dən artıq sayda istifadə olunurdu. “T-90” əslində “T-72”lərin təkmilləşdirilən versiyasıdır, aşağı profil və üç nəfərlik heyəti ilə 50 ton ağırlığında olan tank 70 tonluq “M1A2” və ya “Leopard 2”dən yüngüldür.

Moskvanın 2015-ci il Suriyaya müdaxiləsi zamanı təxminən 30 ədəd “T-90A”, eyni zamanda bir neçə “T-62M” və “T-72” Suriya ordusuna verildi. Həmin illərdə döyüş avadanlıqlarının çoxunu itirən Suriya, terrorçuların 2014-cü ildə “TOW-2A” raketlərini əldə etməsindən sonra bu tankları istifadə etməyə başladı.

2016-cı ilin fevralında Suriya ordusunun “T-90”a doğru hərəkət edən və ona dəyərək partlayan “TOW” raketinin videosunu yayımlamasından sonra video qısa müddətdə milyonlar tərəfindən izləndi.

Hazırda “T-90”lar bir çox qərb tanklarından geri qalsa da, müdafiə sistemləri, xüsusilə də tank əleyhinə raketdən müdafiə sistemləri sahəsində olduqca effektivdir. “T-90”da istifadə olunan “Shtora-1” aktiv müdafiə sistemi sayəsində tank lazer vasitəsilə hədəf müəyyən edən raketləri görə bilir. Tank bu sistem vasitəsilə infraqırmızı dalğaları bulanıqlaşdıran tüstü də buraxa bilir.

Bəs “T-90”ın reaktiv zirehi və “Shtora” fəal mühafizə sistemi onun uzaqmənzilli tank əleyhinə raketlərə qarşı mübarizə apara biləcəyi mənasına gəlir?

Bunun cavabını tapmaq üçün terrorçular və eləcə də hökumət tərəfindən yayımlanan və daha az populyar olan videoları nəzərdən keçirmək lazımdır. Öz həyatını Suriyadakı müharibələri videoya çəkmək və yayımlamağa həsr edən Yakub Yanovski indiyə qədər 143 qiqabaytlıq döyüş videosu çəkib.

O qeyd edir ki, bu videolara əsasən, Suriya ordusundakı 30 ədəd “T-90”dan ən az 5 və ya 6-sı “TOW-2A” raketləri ilə məhv edilib. 4 ədədi də vurulub, lakin nə dərəcədə zərər dəydiyini müəyyən etmək mümkün deyil. Bundan əlavə, terrorçular tanklardan ikisini ələ keçirib və istifadə etməyə başlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   T-90A  

Rusiya “T-90A”ları nəyinə görə istisnalıq təşkil edir? - QISA BAXIŞ

2019/01/RTX14-1547209955.jpg
Oxunub: 2561     16:25     11 Yanvar 2019    