Çin HHQ hər şəraitə necə adaptasiya olur?

2019/01/9afa6-1547206028.jpg
Oxunub: 686     15:24     11 Yanvar 2019    
“Çinin son zamanlarda digər ölkələrdən çox sayda aviakosmik texnologiya idxal etdiyi və ya bənzər texnologiyaları yerli istehsal etdiyi aydındır. Maraqlısı isə odur ki, Çin ABŞ-la yalnız texnoloji rəqabət aparmır, o, həmçinin təşkilati model olaraq da ABŞ HHQ-ni nümunə götürməyə və “təqlid” etməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu sözləri hərbi tədqiqatçılar Skot Harold və Robert Farley Çinin ABŞ hərbi institutlarından necə dərs götürdüyü ilə bağlı yazdıqları məqalələrində qeyd ediblər.

Müəlliflər qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu ABŞ HHQ-dəki bölmə strukturları, komandanlıq və nəzarət mexanizmləri, həmçinin təlimlərlə bağlı bir çox məsələnin araşdırılması üçün ciddi səy göstərir. Onların fikrincə, Çin HHQ və ABŞ HHQ-nin hərbi tarixi və missiyaları təmamilə fərqlidir, Çin isə bundan xəbərdar olmaqla birlikdə rəqibinin hərbi doktrinasını, danışıqlar strategiyasını, hazırda istifadə etdiyi və gələcək üçün nəzərdə tutduğu avadanlıqları diqqətlə araşdırır.

“Məsələn, Çinin uzaqmənzilli logistika bacarıqlarına o qədər də ehtiyacı yoxdur, lakin bu bacarıqları inkişaf etdirməyə çalışır. Ola bilsin ki, bu gələcəkdə onun Afrika və Yaxın Şərqdəki maraqlarının artacağına işarədir”, - deyə müəlliflər qeyd edib.

Bundan əlavə, Çin və ABŞ-ın müxtəlif mədəniyyətlərə malik olması onların hərbi strukturlarında da özünü biruzə verir. Daha kollektivist mədəniyyətə sahib olan Çinin individualizmin üstünlük təşkil etdiyi ABŞ kimi müstəqil hərbi xidmət strukturları yoxdur. Qərarların alınması konsessiya əsasında, məsləhətləşmələrlə aparılır, ABŞ-da isə müstəqil qərarlara üstünlük verilir. Belə bir şəraitdə, Çinin bir tərəfdən bu fərqlilikləri anlaması, digər tərəfdən isə ABŞ hərbi doktrinasını araşdıraraq yeni baxış bucağı qazanmağa çalışması onun uğurunun təməl daşlarından biridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   HHQ  

Çin HHQ hər şəraitə necə adaptasiya olur?

2019/01/9afa6-1547206028.jpg
Oxunub: 687     15:24     11 Yanvar 2019    