Hücum, yoxsa müdafiə tüfəngi?| Ümumiyyətlə "Yoxsa", "Və ya" kimi ifadələr manipulyativdir – ANALİZ (HƏRBİ ESKPERT)

2019/01/4545-1547203287.jpg
Oxunub: 2181     14:22     11 Yanvar 2019    
İstənilən atıcı silah döyüşün növündən asılı olmayaraq düşmənin müxtəlif məsafələrdə canlı qüvvəsini məhv etmək və yüksək atəş sıxlığı yaratmaq üçün nəzərdə tutulur. İllərdir ki, hər yerdə mənasız bir ifadə ilə rastlaşırıq: hücum tüfəngləri. Özümüzdən asılı olmayaraq dərhal sual yaranır: müdafiə tüfəngi varmı? Yoxdur! O zaman tüfəngləri döyüşün növlərinə görə təsnifatlandırmaq doğrudurmu? Xeyr, yanlışdır!

Çünki, bu silahla hücuma keçən döyüşçülər, düşmənin üstün qüvvələrinin müqaviməti nəticəsində müdafiəyə keçərkən silahını dəyişmir. Eyni silahla həm hücüm, həm də müdafiə döyüşlərində iştirak edirlər. Hazırda bütün KİV-lər, o cümlədən hərbi elita bu ifadəni işlədir, lakin bu ifadə kökündən yanlışdır. Deməli əvvəllər də, elə indinin özündəki kimi bir çox silah istehsalçıları on illərlə hamının istifadə etdiyi bir texnologiyanı, yalnız yeni bir söz birləşməsi və ya ifadə hesabına "nou-hau" kimi təqdim etməyə cəhd ediblər. Buna görə də Sizə təqdim etdiyim məqalədə yanlış "hücum tüfəngi" ifadəsini dəfn etməyə çalışacam.

Ümumiyyətlə silahlanmada müdafiə və ya hücum silahları kimi anlayış mövcuddur, lakin bu atıcı silahlar ilə əlaqəli deyil. Hücum silahları kateqoriyasına zirehli vasitələri, artilleriya sistemlərini, sualtı qayıqları, qırıcı və bombardmançı təyyarələri aid etmək olar. Hava Hücumundan Müdafiə, Raket Əleyhinə Müdafiə, Radioelektron Mübarizə, Zenit Raket Kompleksləri və onların müxtəlif stasionar növləri sırf müdafiə silahlarına aiddir. Yəni hücum edən obyekt yoxdursa, bu sistemlər aktiv fəaliyyət mərhələsinə keçmir. Hücum etmir, zərbə endirmir və ərazi işğal edərək möhkəmlənmir.

Bəzi silahların hücum və ya müdafiə təyinatlı olması barədə müzakirələr isə İkinci Dünya Müharibəsi bitəndən bu günə qədər davam edir. Məsələn mina əslində müdafiə xarakterli silah hesab olunur. Lakin onun məsafədən idarə olunma xüsusiyyətini əldə etməsi minadan hücum silahı kimi istifadəni də mümkün edir. Hücum edən birliyin açıq cinahlarının bağlanması və ya dəniz limanının mühasirəsinin məsafədən idarə olunan minalardan istifadə etməklə həyata keçirilməsi, minaların həm də hücum xarakterli silahlara da aid edilə biləcəyini nümayiş etdirir.

Belə bir məntiqə əsaslanaraq istənilən silah növünü "hücum" və ya "müdafiə" xarakterli olduğunu təyin etmək olar. Lakin hələ də dünyada sırf "müdafiə" və ya "hücum" xarakterli silah meyarları deyə bir sənəd yoxdur. Çünki ən aqressiv silah hesab edilən nüvə başlıqlı ballistik raketlər birinə görə "strateji hücum", digərinə görə "nüvə çəkindirmə" silahıdır. Nəticədə mina və nüvə silahları kimi digər silahları da həm müdafiə, həm də hücum zarakterli əməliyyatlarda istifadə etmək olar. Bu, ölkənin silahlı qüvvələrinin tətbiq edilməsinə dair qəbul etdiyi strategiyadan və ya real vəziyyətdən asılıdır. Beləliklə silahlanmada mövcud olan müdafiə və ya hücum silahları anlayışının atıcı silahlarla yaxından-uzaqdan heç əlaqəsinin olmadığını qısa zamanda araşdırdıq.

İndi isə "hücum tüfəngi" anlayışının ilk dəfə səsləndiyi və ya tətbiq edildiyi tarixə nəzər salaq. İlk dəfə yanlış olaraq "hücum tüfəngi" ifadəsi almanların "Sturmgewehr" və ingilislərin "Assault rifle" sözləri ilə hərbi terminologiyaya daxil olub. Əslində hücumdan başqa basqın, həmlə, qəsb, kəskin çıxış, kəskin hərəkət, kobud çıxış və s. kimi tərcümə edilən "Assault" sözünü dilimizə hücum kimi tərcümə etdilər. Əslində tərcümə yanlış deyil, yanlış olan terminin özüdür.

Bəzi mənbələr isə bu terminin ilk dəfə Adolf Hitler tərəfindən 1944-cü ildə təbliğat-təşviqat məqsədilə avtomat karabinin "hücum tüfəngi" (yeni "hücum tüfəngi"nin əvvəlkilərdən əsas fərqi azaldılan enerjiyə malik "aralıq" mərmidən istifadə etməsi idi, bu barədə bir az sonra) adlandırdığı zaman işlədildiyini iddia edirlər. Lakin "hücum tüfəngi" konsepsiyasına Birinci Dünya Müharibəsinin arxiv sənədlərində də rast gəlmək mümkündür.

İlk dəfə "hücum üçün tüfəng" ("Assault phase rifle") yaradılması haqqında ideya 1918-20-ci illərdə ABŞ-da yaradılan avtomatik tüfəngin müəllifi olan amerikalı konstruktor Ayzek Lyuis tərəfindən istifadə edilib. Bu avtomatik tüfənglər, BAR M1918 "Browning" avtomatik tüfəngləri kimi "eyni zamanda hərəkətdə atəş" konsepsiyası altında yaradılıb. Fransızlar isə piyadaların avtomat silahı ilə çiyindən, beldən, hərəkətdə olarkən və ya qısa dayanacaqlarda atəş açmağa hazır olmaları üçün bu konsepsiyaya qayıtdılar. Lakin bu konsepsiya silahın ənənəvi müdafiədə istfadəsini istisna etmirdi. Bu avtomatik tüfənglərin yaradılmasında əsas məqsəd piyada bölmələrin həm hücumda, həm də müdafiədə, yəni bütün döyüş fəaliyyətlərində atəşlə dəstəklənməsindən ibarət idi. Kim iddia edə bilər ki, müdafiə döyüşündə çiyindən, beldən, hərəkətdə və ya qısa dayanacaqlarda atəş açmağa ehtiyac yarana bilməz?

Bu sinifin ilk seriya modeli 1915-ci ildə "Şoş pulemyot tüfəngi" ("Fusil Mitrailleur" CSRG Mle.1915) adı altında yaradıldı. Bundan az sonra "Fedorov" sistemli rus tüfənglərinin 1916-cı il modeli yaradıldı, daha sonra onları doğru olaraq "avtomat" adlandırdılar. Nəhayət, 1918-ci ildə artıq qeyd olunan M1918 "Browning" avtomatik tüfəngləri yaradıldı.

Təbii ki, bunlardan sonra bir çox avtomatik silah modelləri "hücum tüfəngləri" adı altında yaradılmağa başladı və bu proses təssuf ki, hələ də davam edir.

Daha öncə yaradılan "hücum" silahların əsas çatışmazlığı, yeni silahların eyni mərmilərdən istifadə etməsindən ibarət idi. Nə qədər qəribə olsa da, yeni konsepsiyaya malik silah yaradanlar istifadə ediləcək mərmini dəyişmirdi. Bu mərmilər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaradılmışdı və 2000 metrə qədər məhvetmə məsafəsinə malik idi. Nişangahların olmadığı bir dövrdə əsgər döyüş sahəsində normal şərtlərdə yalnız 300-400 metr məsafədə düşməni görə bilirdi. Əgər bu məsafəyə dəqiq atəş aça bilməsi sual altındadırsa, o zaman 2000 metr məsafəyə uça bilən mərmilərin nəyə lazım olduğu barədə haqlı sual yaranır. Suala cavab vermək üçün həmin dövrdə piyada bölmələrinin döyüş fəaliyyətlərinin ümumi qəbul edilən prinsiplərinə nəzər salmaq zəruridir.

Deməli, XIX əsrin sonlarından etibarən orduların piyada hissə və bölmələri silahlanmasında mövcud olan "hücum tüfənglərindən" uzaq məsafələrə yaylım atəşi açması, döyüş taktikasının yeni konsepsiyası kimi qəbul edilmişdi və həm hücum, həm də müdafiə əməliyyatlarında tətbiq edilirdi. Buna görə də mərmilərə 2000 metr məsafədə canlı qüvvənin məhv edilməsi imkanı yaradılırdı. Sonradan artilleriyanın daha da inkişaf edərək yayılması, düşmənin canlı qüvvəsinin real məsafələrdə məhv edilməsinə imkan verən və daha az enerjili yeni mərmilərin yaradılmasına təkan verdi. Bu mərmilər isə atəş məsafəsinə görə ənənəvi tüfəng ilə tapança mərmilərinin arasında yerləşdiyi üçün "aralıq" mərmiləri adlandırıldı. Nəticədə 2000 metr əvəzinə real 300-500 metr məsafələrdə düşmənin canlı qüvvəsinin məhv edilməsi imkanı yarandı, silahın təpməsi əhəmiyyətli dərəcədə azaldı, mərminin və barıtın kütləsində ciddi qənaət əldə edildi. Hər bir əsgərin daşıya biləcəyi döyüş sursatı ehtiyatı artdı.

Lakin yenə də istər əvvəlki tüfəng mərmilərindən, istərsə də sonrakı "aralıq" mərmilərindən istifadə edən tüfənglərin heç biri bu günə qədər "hücum" kateqoriyasına aid olduğunu isbat edə bilməyib. Bunu etmək üçün isə ən azından "müdafiə" tüfənginin konsepsiyasını yaratmaq və ona həyat vermək zəruridir. 100 il əvvəl 2000 metr məsafəyə atəş açan tüfənglərdən yaylım atəşli artilleriya kimi istifadə edən sərkərdələrin atıcı silahları mübahisəli "hücum" kateqoriyasına aid etmələrini, bəlkə də hardasa anlamaq olar, çünki artilleriya hücum silahları (lakin hücum topu anlayışı da mövcud deyil) kateqoriyasına aiddir. Lakin üstündən 100 il keçməsinə baxmayaraq ABŞ-da yaradılan avtomatik tüfəngin müəllifi konstruktor Ayzek Lyuis tərəfindən işlədilən bir ifadənin bu günə qədər düzəldilməməsi doğrudan da təəssüf doğurur.

Atıcı silahlar kifayət qədər ciddi ihkişaf mərhələsindən keçib. Hamıya aydın olan qısa və lakonik anlayışlarımız mövcuddur.

1.Tüfəng - yivli, uzun lüləli, iki əllə çiyinə söykənərək idarə olunur;
2. Karabin -yüngül, nisbətən qısa lüləli tüfəngdir;
3. Avtomat - bir neçə atəş rejiminə malik karabindir;
4. Tapança-pulemyot - tapança mərmisi ilə atəş aça bilən pulemyotlardır.

Hələlik belə bir təsnifatlandırma tüfəngləri və ya avtomat silahları növlərinə görə ayırd etməyə imkan verir. Kiminsə nə zamansa, hansısa yanlışa yol verməsi, bizi bu səhvləri davam etdirməyə məcbur etməməlidir. Hərbi terminologiyada məntiqli izahı olmayan, tüfəng sözünün önündəki "hücum" kəlməsi daha çox hərbi jarqonu xatırlatdığı üçün artıq ondan qurtulmaq zəruridir.

Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tüfəng   Ekspert  

Hücum, yoxsa müdafiə tüfəngi?| Ümumiyyətlə "Yoxsa", "Və ya" kimi ifadələr manipulyativdir – ANALİZ (HƏRBİ ESKPERT)

2019/01/4545-1547203287.jpg
Oxunub: 2182     14:22     11 Yanvar 2019    