NATO generalları Rusiya ilə yaxşı əlaqələrə inanmırlar

2019/01/Dh1vl-1547193659.jpg
Oxunub: 286     12:00     11 Yanvar 2019    
“Rusiya NATO Alyansının 2019-cu ildə qarşılaşacağı əsas təhlükələrdən biri olaraq qalır”.

Ordu.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq büdcə müzakirələrinin yekununda çıxış edərkən bildirib.

O deyib ki, dünya dəyişir və NATO bu dəyişimə uyğunlaşır.

“Müttəfiqlər, kiber və hibrid təhdidlər, daha iddialı bir Rusiya ,Yaxın Şərq və Şimali Afrikada qeyri-sabitlik də daxil olmaqla, günümüzün problemlərini həll etmək üçün NATO-ya investisiya edirlər”, - deyə o qeyd edib.

NATO-nun keçmiş Ali İttifaq komandanı general Filipp Bredlov və NATO-nun Baş katibinin sabiq müavini Aleksandr Verşbovun sözlərinə görə, Rusiyanın Qərb Hərbi Dairəsində və Kalininqradda hərbi quruculuğu, o cümlədən Qərb cəmiyyətlərinə qarşı hibrid müharibə regionda qeyri-sabitliyi artırıb. Bütün bunlar ABŞ və NATO üçün kollektiv müdafiəni və çəkindirməni təcili bir missiya halına gətirib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   NATO  

NATO generalları Rusiya ilə yaxşı əlaqələrə inanmırlar

2019/01/Dh1vl-1547193659.jpg
Oxunub: 287     12:00     11 Yanvar 2019    