ABŞ nümayəndə heyəti Türkiyəyə səfər edəcək

2019/01/patri-1547189305.jpg
Oxunub: 267     10:47     11 Yanvar 2019    
ABŞ nümayəndə heyəti gələn həftə “Patriot” raket satışına dair danışıqlar üçün Türkiyəyə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Daily Sabah” qəzeti yayımlayıb.

Qeyd olunur ki, ABŞ nümayəndə heyətinin gələn həftə “Patriot” raket satışını Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyi gözlənilir.

Ötən həftə ABŞ, başqa bir nümayəndə heyətinin səfəri ilə “Patriot” hava və raket hücumundan müdafiə sistemlərinin 3,5 milyard dollarlıq satışına dair müzakirə aparmaq üçün Türkiyəyə rəsmi təklif edib.

Əlavə olunub ki, sistemə radar qurğuları və nəzarət stansiyaları ilə yanaşı 80 “Patriot” raketləri və 60 digər raket daxildir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

ABŞ nümayəndə heyəti Türkiyəyə səfər edəcək

2019/01/patri-1547189305.jpg
Oxunub: 268     10:47     11 Yanvar 2019    