ABŞ Əfqanıstan HHQ üçün nə qədər pul xərcləyib?

2019/01/00afg-1547118890.jpg
Oxunub: 496     20:40     10 Yanvar 2019    
ABŞ-ın Əfqanıstan üçün HHQ qurmağa başlamasından 11 il ötüb və bu ABŞ-a 8 milyard dollar başa gəlib. Bəzi ekspertlər fikirləşir ki, xarici köməkdən bu qədər asılı olan Əfqanıstan hələ illərlə ABŞ-ın dəstəyinə ehtiyac duyacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin təqaüddə olan briqada generalı Con Maykl danışıb.

Onun sözlərinə görə, Əfqanıstan HHQ-nin hətta 60-65% öz-özünə bəs etməsi böyük irəliləyiş olar.

“Bu haqda real danışmalıyıq, özyetərlilik səviyyəsinə çatmaq bizim üçün çox çətin olacaq”, - deyə o bildirib.

Digər tərəfdən amerikalı ekspertlər də Əfqanıstanın hazırlıqsız olduğu ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

“İndi anında ölkəni tərk etsək, düşünmürəm ki, əfqanlar öz ölkələrini müdafiə edə biləcəklər”, - deyə donanmanın general-leytenantı Kennet Makkenzi bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   HHQ   ABŞ  

ABŞ Əfqanıstan HHQ üçün nə qədər pul xərcləyib?

2019/01/00afg-1547118890.jpg
Oxunub: 497     20:40     10 Yanvar 2019    