Yeni nəzarət və təhlükəsizlik şəbəkələri nə ilə fərqlənir?

2019/01/D6L7H-1547116180.jpg
Oxunub: 442     19:48     10 Yanvar 2019    
Müasir dünya asan hərəkət etdirilə bilən və etibarlı hərbi nəzarət və təhlükəsizlik şəbəkələri tələb edir. Buna görədir ki, Pentaqon modernləşdirmə sahəsinə bu qədər əhəmiyyət verir.

Ordu.az xəbər verir ki, bu barədə hərbi tədqiqatçı Mav Turner məlumat verib.

Onun sözlərinə görə, bu sahə üçün yaradılmış tətbiqetmələrindən biri CP CE sistemləridir. Bu sistemlər qoşunların məkanından və gördüyü missiyalardan asılı olmayaraq ümumi hərbi şəbəkə yarada bilir. Bu şəbəkənin birdən çox “çatma nöqtəsi” var ki, bu da yüzlərlə istifadəçinin bu sistemə əlçatanlığını təmin edir.

Əsgərlər bu sistemdən istifadə edərək komandanları ilə əlaqə saxlayır və onlardan əmrlər ala bilir. Administratorlar problemləri asanlıqla aşkarlayır və ciddiləşmədən həll edə bilir. CP CE sistemi həmçinin kibertəhlükəsizliyin təmin edilməsində də əhəmiyyətli rol oynayır. Vahid şəbəkə mövcud olduğu üçün kiber hücumları müəyyən etmək daha asan olur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Yeni nəzarət və təhlükəsizlik şəbəkələri nə ilə fərqlənir?

2019/01/D6L7H-1547116180.jpg
Oxunub: 443     19:48     10 Yanvar 2019    