NI: ABŞ-ın Rusiyaya göndərdiyi kəşfiyyat sualtısı niyə heç vaxt qayıtmayıb?

2019/01/Scorp-1547116044.jpg
Oxunub: 772     19:26     10 Yanvar 2019    
1968-ci ilin may ayında ABŞ-ın nüvə hücumu sualtısı Sovet donanmasında kəşfiyyat işləri aparılmaq üçün göndərildi. 3 aylıq patruldan sonra sualtı heyətinin qohumları və ailə üzvləri onun geri qayıtmasını gözləyərkən ABŞ donanması “USS Scorpion”un qayıdan gəmilər arasında olmadığını aşkarladı.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Kayl Mizokami məqalə yazıb.

“USS Scorpion” “Skipjack” sinfli sualtı olub və 1960-cı ildən silahlanmaya daxil edilib. O, hazırkı nüvə sualtılarından xeyli kiçik və çevik idi. 3075 ton ağırlığında, 99 nəfərlik heyətdən ibarət sualtı Mk-37 torpedolarından istifadə edirdi.

“Scorpion”un bütün hərəkətləri radiolokasiya sistemləri vasitəsilə izlənsə də, bu hərəkətlərdə heç bir qeyri-adilik müşahidə edilməmişdi. Sualtının niyə yoxa çıxdığı ilə bağlı müxtəlif nəzəriyyələr mövcud olsa da, Mizokami bunlar içində ən ağlabatanının sualtının batereyasını doldurarkən hidrogen partlayışı baş verdiyini və beləcə məhv olduğunu düşünür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SSRİ   Scorpion  

NI: ABŞ-ın Rusiyaya göndərdiyi kəşfiyyat sualtısı niyə heç vaxt qayıtmayıb?

2019/01/Scorp-1547116044.jpg
Oxunub: 773     19:26     10 Yanvar 2019    