Hansı Balkan ölkəsinin nə qədər hərbi büdcəsi var?

2019/01/56756-1547125767.jpg
Oxunub: 412     17:06     10 Yanvar 2019    
Bütün dünyada müşahidə edilən hərbi sahəyə xərclənən pulun artması trendi Qərbi Balkan ölkələrində də görülməkdədir. 2018-ci ildə qlobal hərbi xərcləri 1,7 trilyon dollar təşkil edib ki bu da Soyuq Müharibənin sonlanmasından sonra görülmüş ən yüksək rəqəmdir.

İyul ayında keçirilən NATO sammitində ABŞ prezidenti Trampın alyansın hərbi xərclərini artırmaq və hər üzv ölkənin ÜDM-nin 4%-ini NATO-ya ayırması barədə fikirləri bu məsələni təkrar gündəmə gətirdi. Avropa Müdafiə Fondunun yaradılması ilə Aİ-nin hər il təkcə müdafiə araşdırmaları və silah idxalı üçün 5 milyard dollar xərcləyəcəyi bildirildi.

Ordu.az xəbər verir ki, bu mövzuda Cənub-Şərqi Avropa universitetinin professoru Blerim Reka danışıb.

Onun sözlərinə görə, 25 il əvvələ qədər Balkan ölkələri hərbi bacarıqlarını azaltmağa çalışırdı, hazırda isə bunun tam əksini müşahidə edirik. NATO-nun hərbi xərclər hədəfinə baxsaq, Makedoniya ən son 2007-ci ildə bu hədəfə nail ola bilmişdi. Hazırda isə ölkə ÜDM-sinin yalnız 1%-ini hərbi sahəyə sərf edir.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun data bazasına əsasən 2017-ci ildə Serbiya hərb sahəsinə 731 milyon dollar, Albaniya 162 milyon dollar, Makedoniya 112 milyon dollar, Monteneqro isə 74 milyon dollar xərcləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balkan-ölkəsi   NATO  

Hansı Balkan ölkəsinin nə qədər hərbi büdcəsi var?

2019/01/56756-1547125767.jpg
Oxunub: 413     17:06     10 Yanvar 2019    