“Boeing” Pentaqona sızıb?

2019/01/45645-1547122347.jpg
Oxunub: 954     16:11     10 Yanvar 2019    
“Boeing”in keçmiş əməkdaşı olan Patrik Şanahanın müvəqqəti Müdafiə naziri vəzifəsinə gəlməsi ilə şirkətin Pentaqona sızdığı ilə bağlı iddialar yayılıb.

Ordu.az “Forbes”a istinadən xəbər verir ki, bu barədə aerokosmik və müdafiə sahələrində hərbi ekspert Mark Kansian danışıb.

Qeyd edək ki, Şanahan “Boeing” şirkətində sıradan bir mühəndis olaraq işə başlayıb və 30 ildə tədarük zənciri və əməliyyatlar bölməsinin vitse-prezidentliyi vəzifəsinə qədər yüksəlib. Buna görə də, müdafiə sənayesindəki şirkətlər indi onun Müdafiə naziri olmasının “Boeing”ə haqsız üstünlük verəcəyindən narahatlıq keçirib.

Kansianın sözlərinə görə, bu barədə narahatlığa əsas yoxdur, çünki qanunla Şanahan satınalma qərarlarını təkbaşına verə bilməz.

“Nə Müdafiə naziri, nə də onun köməkçisi belə qərarları qəbul etmir. Bunlar hərbi xidmətlər tərəfindən müəyyən edilir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Boeing   Pentaqon   Şanahan  

“Boeing” Pentaqona sızıb?

2019/01/45645-1547122347.jpg
Oxunub: 955     16:11     10 Yanvar 2019    