Rusiya donanması batiskaflar almaq niyyətindədir

2019/01/12118-1547115676.jpg
Oxunub: 336     14:22     10 Yanvar 2019    
Rusiya donanması xüsusi əməliyyatlar üçün batiskaflar almağı düşünür.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Rusiya müdafiə sənayesindəki adı açıqlanmayan mənbə deyib.

Mənbəyə əsasən, dərin su vasitəsi “Malaxit Dizayn Bürosu” tərəfindən Rusiyanın “Qazprom” şirkəti tərəfindən verilən sifariş əsasında hazırlanacaq, quyu və boru kəmərlərinin yoxlanılması və problemlərinin aradan qaldırılması üçün istifadə olunacaq.

“Lakin Rusiya Müdafiə Nazirliyinin Dərin Su Araşdırmaları Baş İdarəsi bu vasitəyə maraq göstərib və batiskafı xüsusi sualtı əməliyyatlar üçün bir vasitə kimi hesab edir”, - deyə mənbə bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Batiskaf  

Rusiya donanması batiskaflar almaq niyyətindədir

2019/01/12118-1547115676.jpg
Oxunub: 337     14:22     10 Yanvar 2019    