Trampdan fövqəladə hal tətbiq etməklə bağlı hədə

2019/01/trump-1547111055.jpg
Oxunub: 494     13:50     10 Yanvar 2019    
ABŞ prezidenti Donal Tramp Meksika ilə sərhəddə sədd çəkilməsi məsələsində konqresin təsdiqi olmadan qərar vermək üçün milli səviyyədə fövqəladə vəziyyət elan etməsi ehtimalını daha da artırıb.

Ordu.az xəbər verir ki, məsələ ilə bağlı Tramp Ağ Evdə ABŞ parlamentinin nümayəndələri ilə görüşündən sonra “Twitter” hesabında yazıb.

Tramp səddin maliyyələşdirilməsi ilə bağlı görüşlərin nəticəsinə münasibət bildirərkən qeyd edib ki, görüş tamamilə vaxt itkisidir.

Trampın konqres nümayəndələri ilə görüşdə 30 gün ərzində sərhəddə daş ya da dəmirdən baryerin tikilməsi üçün qərarın təsdiq edilib edilməməsi ilə bağlı sualına yox cavabı alması onu daha da qəzəbləndirib.

Bununla da, o, ölkə səviyyəsində fövqəladə hal edərək məsələni konqresin təsdiqi olmadan həll edə biləcəyinə işarə edib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Konqres   Meksika  

Trampdan fövqəladə hal tətbiq etməklə bağlı hədə

2019/01/trump-1547111055.jpg
Oxunub: 495     13:50     10 Yanvar 2019    