Husilərə məxsus dron Yəməndə hərbi bazanı vurub: BQ rəisi öldürülüb

2019/01/Conte-1547108895.jpg
Oxunub: 1188     12:12     10 Yanvar 2019    
Yəmənin cənubunda Əl-Anad hərbi bazasına olan hücum Yəmən ordusunun Baş Qərargah rəisi də daxil olmaqla, onlarla hərbçinin ölümünə və yaralanmasına səbəb olub.

Ordu.az “Aljazeera”yə istinadən xəbər verir ki, bu barədə məlumat qiyamçılara yaxın mənbələr, Səudiyyə Ərəbistanının “Al Arabiya” kanalı və “Sky News Arabia” tərəfindən də təsdiqlənib.

Bildirilir ki, husilərə məxsus dron Yəmənin Lahıc əyalətində hökumətə məxsus hərbi bazada keçirilən parada hücum edib. Bir neçə əsgər öldürülüb və onlarla əsgər yaralanıb.

Qeyd olunur ki, ölənlər arasında Yəmən ordusunun Baş Qərargah rəisi də var.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yəmən   Husilər  

Husilərə məxsus dron Yəməndə hərbi bazanı vurub: BQ rəisi öldürülüb

2019/01/Conte-1547108895.jpg
Oxunub: 1189     12:12     10 Yanvar 2019    