“İran “Taliban” və Əfqanıstan hökumətinə danışıqlarda kömək edə bilər” - Firuzabadi

2019/01/Firou-1547105848.jpg
Oxunub: 323     11:35     10 Yanvar 2019    
“İran “Taliban” və Əfqanıstan hökumətinə ölkənin stabilləşdirilməsi üçün ümumi anlaşma əldə etməyə kömək edə bilər”.

Ordu.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı liderinin hərbi məsləhətçisi general-mayor Həsən Firuzabadi İRNA-ya müsahibəsində deyib.

Firuzabadi Əfqanıstanda təhlükəsizliyin İran üçün çox əhəmiyyətli olduğunu söyləyib.

“İran beynəlxalq hüquq çərçivəsində Talibanla danışıqlar aparır və bu qrup Əfqanıstanın təhlükəsizliyində rol oynamağa hazırdır”, - deyə on ildən artıq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra etmiş Firuzabadi bildirib.

“Hazırkı vəziyyətdə, İranın rolu və mövqeyi regionda təhlükəsizliyin qurulması üçün çox vacibdir”, - deyə general əlavə edib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Əfqanıstan   Taliban  

“İran “Taliban” və Əfqanıstan hökumətinə danışıqlarda kömək edə bilər” - Firuzabadi

2019/01/Firou-1547105848.jpg
Oxunub: 324     11:35     10 Yanvar 2019    