Həmişə/Heç Vaxt: Təhlükəsizlik, Nəzarət və Davamlılıq axtarışında

2019/01/Nucle-1547042220.jpg
Oxunub: 954     21:49     09 Yanvar 2019    
1960-cı il, konqres heyəti ABŞ-ın nüvə silahları ilə əlaqəli nəzarət və təhlükəsizlik məsələlərini qiymətləndirmək üçün Qərbi Avropadakı hərbi bazaları gəzir. Onların arasında Harold Aqnyu adlı bir alim də var, lakin o heyətdən deyil. Aqnyu Xirosimaya bomba atan missiyanı izləyən ilk nüvə reaktorunun yaradıcısı və NATO hərbi başçısının elmi məsləhətçisidir.

Aqnyu fərqinə varır ki, o vaxtkı Qərbi Almaniyada yerləşən hərbi bazadakı nüvə silahları heç də Konqresin fərz etdiyi kimi Amerikanın nəzarətində deyil. O, bunu nüvə bombasının Qərbi Almaniya təyyarəsinin altından asıldığını və ona nəzarət edənin gənc bir ABŞ əsgəri olduğunu görəndə başa düşdü. O əsgərdən təyyarə havaya qalxarkən bombalar tökülməyə başlayarsa, nə edəcəyini soruşdu. Əsgər isə cavabında nə etməli olduğunu bilmədiyini dedi. Aqnyu isə “Sadəcə silahınla onlara atəş aç, nə olacağı barədə narahat olmadan vur” dedi.

Qeyd olunan səhnələr Milli Nüvə Təhlükəsizlik İdarəsi araşdırma və inkişaf etdirmə laboratoriyaları olan “Sandia National Laboratories” tərəfindən nüvə silahlarının həssaslığı və təhlükəsizliyi ilə bağlı çəkilmiş sənədli filmdə yer alıb. “Always/Never: The Quest for Safety, Control and Survivability - Həmişə/Heç vaxt: Təhlükəsizlik, Nəzarət və Davamlılıq axtarışında” 2010-cu ildə hazırlanan filmdir. Film nüvə erasında nüvə silahlarının lazım olanda necə işləməli olduğunu, qəza zamanı və ya oğurlandığı təqdirdə isə işləməsinin qarşısının necə alınmalı olduğundan bəhs edir.

Corc Vaşinqton universiteti Milli Təhlükəsizlik Arxivinin baş analisti Vilyam Bur filmi izlədikdən sonra qeyd edib ki, film Enerji Nazirliyi, Milli Təhlükəsizlik Bürosundakı hökumət adamları və mütəxəssisləri üçün nəzərdə tutulub.

“Filmin məqsədi, Soyuq Müharibə və ABŞ-ın nüvə tarixi kontekstində “Sandia”nın hökumətin nüvə təhlükəsizliyi proqramlarında rolunu izah etmək idi. Ona Milli Təhlükəsizlik Arxivi veb səhifəsində baxa bilərsiniz. Film həm nüvə erasının tarixini, həm də silahlar üçün təhlükəsizlik axtarışının xırda detallarını əhatə edir”.

2013-cü ildə həyatını itirən Aqnyu filmdə yer alan bir çox alim, mühəndis, siyasətçi və hərbçidən yalnız biridir. Digərləri isə keçmiş müdafiə nazirləri Robert Maknamara və Ceyms Şlezinqer, müdafiə siyasəti üzrə müşavir Fred İkle, sabiq silah nəzarəti üzrə səfir Linton Bruks, nüvə erası veteranlarından Leon Smit və keçmiş ABŞ Hava Qüvvələri zabiti, o cümlədən hazırda nüvə silahı təhlükəsizliyi mütəxəssisi Brus Bleyrdir.

Filmdə ABŞ arsenalındakı müxtəlif nüvə başlıqları və çatdırılma sistemlərini əks etdirən çox sayda səhnələr var. Lakin film nüvə silahları ilə əlaqəli bir reallığı göstərmir – onların hətta istifadədən əvvəl belə nə qədər təhlükəli olduğunu. Nüvə silahları təkcə yüksək səviyyəli radioaktiv silah materialı ilə deyil, həm də partlayıcı və yüksək gərginlikli komponentlərlə doludur. Döyüş başlığının təhlükəsizliyi nə qədər effektiv olursa olsun, hər zaman risk var. Hakimiyyət orqanları, hərbi və silah dizaynerləri üçün nə qədər riskin qəbul edilə bilən olduğu isə hələ də sual olaraq qalır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nüvə-silahı  

Həmişə/Heç Vaxt: Təhlükəsizlik, Nəzarət və Davamlılıq axtarışında

2019/01/Nucle-1547042220.jpg
Oxunub: 955     21:49     09 Yanvar 2019    