Əfsanəvi T-34 sovet tanklarının bir hissəsi Laosdan Rusiyaya qaytarılıb

2019/01/12118-1547042069.jpg
Oxunub: 666     20:53     09 Yanvar 2019    
Otuz ədəd köhnəlmiş T-34-85 sovet tankı Laosdan Rusiyaya qaytarılıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“Tanklar gəmiyə yüklənərək Vladivostoka qədər 4500 kilometrdən çox yol qət ediblər və oradan da Moskva yaxınlığındakı Naro-Fominskə çatdırılacaqlar”, - deyə açıqlamada qeyd olunub.

Tanklar 1987-ci ildən Laosda istifadə olunub. Tankların bu ölkəyə yerləşdirilməsi Moskvanın Vyetnamla hərbi əməkdaşlığına uyğun olaraq gerçəkləşdirilib. Geri qaytarılması qərarı isə ötən il Sergey Şoyqunun Laosa səfəri zamanı əldə olunub.

Bildirilir ki, bütün tanklar işlək vəziyyətdədir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: T-34   Rusiya   Laos  

Əfsanəvi T-34 sovet tanklarının bir hissəsi Laosdan Rusiyaya qaytarılıb

2019/01/12118-1547042069.jpg
Oxunub: 667     20:53     09 Yanvar 2019    