Erməni polkovnik Sərhəd Qoşunları barədə: “Hücum əməliyyatlarına hazırlıq aparılır”

2019/01/15276-3094073340.jpg
Oxunub: 3817     16:56     09 Yanvar 2019    
“Azərbaycanın Sərhəd Qoşunları Ermənistanın sərhəd qoşunlarından silahlanmasına görə fərqlənir və döyüş növbətçiliyi aparmağa qadirdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə istefada olan erməni polkovnik, korpusun əməliyyat şöbəsinin keçmiş rəisi Artaşes Mxitaryan bildirib.

“Təmas xətti” verilişinin müəllifi olan hərbi ekspert Hayk Nahapetyanın qonağı Qarabağ cəbhəsində xidmət etmiş, hərbi hissənin qərargah rəisi, korpusun əməliyyat şöbəsinin rəisi vəzifələrində xidmət edən istefada olan polkovnik Artaşes Mxitaryan olub.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Ağstafa rayonlarının sərhəd bölgəsindən çıxarılması və Dövlət Sərhəd Qoşunlarının bölmələrinin yerləşdirilməsinin səbəbləri, məqsədi və perespektivləri müzakirə edilib.

Polkovnik Mxitaryanın sözlərinə görə, onu Sərhəd Qoşunlarının hansı imkanlara malik olduğu yox, daha çox briqadanın ehtiyata çıxarılması narahat edir. O qeyd edib ki, məlum olduğu kimi döyüş əməliyyatları qabağı yenidən qruplaşma həyata keçirilir, döyüş qabiliyyətli bölmələr ehtiyata çıxarılır, yenidən təşkil edilir, təlimlərə cəlb olunur və hücum əməliyyatlarına hazırlıq aparılır.

İstefada olan polkovnik qeyd edib ki, Azərbaycanın Sərhəd Qoşunları Ermənistanın sərhəd qoşunlarından silahlanmasına görə fərqlənir və döyüş növbətçiliyi aparmağa qadirdir.

O bildirib ki, cəbhədən çıxarılan briqada Kəlbəcər istiqamətində hərbi əməliyyatlara hazırlıq xarakteri daşıyır.

“Murovdağ silsiləsindən Tavuş vilayəti istiqamətinədək müdafiə olunan Azərbaycan ordusunun korpusu Ermənistan ordusunun 2-ci ordu korpusuna qarşı döyüş əməliyyatlarına başladığı təqdirdə məhz sərhəddən ehtiyata çıxarılan BU briqadadan istifadə ediləcək. Bu əməliyyatlara cəlb olunmaq üçün ordu korpusunun digər ehtiyat qüvvələri də var. Həmçinin Azərbaycan ordusunun əsas ehtiyatı hesab edilən Bakı korpusu, əsasən, Qarabağ cəbhəsindəki ordu korpusunun döyüş əməliyyatları ehtiyatı hesab olunur. 2016-cı ildə Əsgəran və Ağdərə istiqamətinə kolon şəklində yaxınlaşan qüvvələr, əsasən, Bakıda dislokasiya olunan korpusdur”, - deyə o qeyd edib.

O hesab edir ki, ehtiyata çıxarılan briqadanın qısa vaxtda əsasən dağlıq ərazidə hücum təyinatlı təlimlərə başlamasına dair kəşfiyyat məlumatlarının şahidi olunacaq.

O, Qarabağ ətrafında “təhlükəsizlik zonası” hesab edilən bufer ərazinin Qarabağın “statusu” qarşılığında təhvil verilməsi təqdirində, müdafiə olunan cəbhə xətti uzunluğunun 2-3 dəfə artacağını və bunun müdafiə olunması probleminin yaşana biləcəyini qeyd edib. 5 və ya 7 rayonun təhvil verilməsi halında qarşı tərəfin yeni müdafiə xətti yaratmağa şərait yaradacağına şübhə etdiyini, həmçinin 2-ci və 3-cü müdafiə eşalonunun yaradılması imkanlarının ərazi dərinliyi olaraq imkan olmayacağını qeyd edib.

Ehtiyatda olan erməni polkovnik Ermənistanla sərhəddə “Odundağ” yüksəkliyinin Azərbaycan tərəfinin əlində olmasına da toxunub.

O qeyd edib ki, Azərbaycan üçün əsas məsələ Qarabağ probleminin həll edilməsidir. Ona görə də Tavuş və ya Naxçıvan istiqamətində fəal döyüş əməliyyatlarının aparılacağına inanmır. Lakin çaşdırıcı və manevr xarakterli, susudurcu əməliyyatların keçirilə biləcəyini, Qarabağ cəbhəsinə ehtiyat qüvvələrin atılmasının qarşısını almaq məqsədilə kəşfiyyatla döyüş tipli əməliyyatların istisna edilmədiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sərhəd-Qoşunları   Qarabağ   Qazax  

Erməni polkovnik Sərhəd Qoşunları barədə: “Hücum əməliyyatlarına hazırlıq aparılır”

2019/01/15276-3094073340.jpg
Oxunub: 3818     16:56     09 Yanvar 2019    