Afrikadakı hərbi çevrilişlər nədən xəbər verir? - QISA BAXIŞ

2019/01/_1050-3093861116.jpg
Oxunub: 770     19:01     08 Yanvar 2019    
Dünən Qabon ordusu ölkədə “demokratiyanı bərpaetmə” şüarı ilə hakimiyyəti ələ keçirdiyini açıqladı, daha sonra ölkənin radiostansiyası və televiziya kanalları ələ keçirildi. Bu, 1960-cı illərdən bəri Qabonda baş tutan ilk hərbi çevriliş cəhdi idi.

Ordu.az xəbər verir ki, bu barədə hərbi tədqiqatçı Xristofor Gils məlumat verib.

Onun sözlərinə görə, ölkədə 1967-ci ildən bəri eyni ailə hökmranlıq edir.

Afrikada 1950-ci illərdən etibarən 100-ü uğurlu, 104-ü uğursuz olmaqla, ümumilikdə 204 çevriliş cəhdi olub. Ən son çevrilişlərdən biri Zimbabvedə 2017-ci ildə baş tutub və 37 illik hakimiyyətə son qoyub. Lakin məsələ burasındadır ki, hərbi liderlər çox vaxt bunun hərbi çevriliş olduğunu qəbul etmirlər. Beynəlxalq aləmdə qəbul edilmiş izahıyla, hərbi çevriliş ən az 7 gün davam etməlidir.

Tarixi olaraq baxsaq, Afrikada baş tutmuş çevrilişlərin sayı getdikcə azalıb. 1960-1969-cu illərdə bu rəqəm 40-45 arası idisə, 2010-2018-ci illərdə 15-20-ə qədər azalıb. Gilsin sözlərinə görə, Afrikadakı kasıblıq və iqtisadi göstəricilərin aşağı olması çevrilişlər üçün əlverişli şərait yaradır.

Qlobal olaraq baxsaq, günümüzədək 475 hərbi çevriliş cəhdi olub. İlk sırada 204 cəhd ilə Afrika, ikinci sırada isə 95 cəhdlə Cənubi Amerika dayanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Afrika   Hərbi-çevriliş  

Afrikadakı hərbi çevrilişlər nədən xəbər verir? - QISA BAXIŞ

2019/01/_1050-3093861116.jpg
Oxunub: 771     19:01     08 Yanvar 2019    