Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Vaşinqtona yaxın mənbələr məlumat yayıb.
Dövlət katibi Mayk Pompeo qeyd edib ki, İran növbəti aylarda qitələrarası ballistik raketlərdə istifadə edilən texnologiyanın eynisindən istifadə edərək hazırladığı 3 ədəd kosmik raketi silahlanmaya daxil edəcək.
“ABŞ İranın destruktiv siyasətinin dünyadakı stabillik və təhlükəsizliyi pozmasına tamaşaçı qalmayacaq”, - deyə Pompeo bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı yalnız ABŞ yox, Fransa, Almaniya və Britaniya da narahatlığını dilə gətirib.
Sevinc Əliyeva
Ordu.az