National Interest: Hansı daha güclüdür: B-21, yoxsa S-400?

2019/01/B-2_f-1546405258.jpg
Oxunub: 1961     21:57     14 Mart 2019    
ABŞ HHQ bu yaxınlarda növbəti nəsil B-21 bombardmançıların ilkin dizaynının hazır olduğunu açıqlayıb. Növbəti mərhələdə 2020-ci ilin ortasında çatdırılması planlanan bombardmançıların detallı dizayn və texnoloji planı, hesablama gücü, silah inteqrasiyası, stels konfiqurasiyası kimi məsələlər həll ediləcək.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə HHQ rəsmiləri məlumat verib.

ABŞ-da Hava Qüvvələrinin modernləşdirilməsinin əsas səbəbi Rusiya və Çindən gələn təhlükədir. Rusiya istehsalı S-400 sistemləri qabaqcıl nəzarət və idarə texnologiyası istifadə edərək təyyarələri müəyyən etmək və qarşısını almaqda əvvəlki rəqibini ötüb keçir. Sistemin effektivliyi gələcəkdə stelslərin heç bir effektivliyinin olmayacağı ilə bağlı müzakirə mövzusu yaradıb.

Hərbi ekspert Kris Osborn qeyd edib ki, stels texnologiyası artıq radarlar tərəfindən müəyyən oluna bilən istiliyi buraxmadan uça bilir ki, bu da onun havadan müdafiə sistemləri tərəfindən məhv edilməsini çətinləşdirir.

Bu sistemlər təyyarəni müəyyən etməyə imkan verən elektromaqnit dalğaları qəbul edə bilmədiklərinə görə aktivləşə bilmirlər. Bundan əlavə radardan yayınmaq üçün istifadə edilən elementlər də stelslərin müəyyən edilə bilmə dərəcəsini əhəmiyyətli dərəcədə aşağı salır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: B-21   S-400  

National Interest: Hansı daha güclüdür: B-21, yoxsa S-400?

2019/01/B-2_f-1546405258.jpg
Oxunub: 1962     21:57     14 Mart 2019    