Putin Trampın Suriya qərarını məmnuniyyətlə qarşılayıb

2018/12/800-1545308090.jpg
Oxunub: 1216     16:01     20 Dekabr 2018    
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyadan qüvvələrini geri çəkmək qərarını alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Rusiya prezidenti keçirdiyi illik mətbuat konfransında danışıb.

O, ABŞ prezidenti Donald Trumpın qoşunları geri çəkmək qərarı ilə razılaşdığını ifadə edib.

Putin, ABŞ-ın Suriyadakı mövcudluğunun qeyri-qanuni olduğunu, uzun müddət davam edən Rusiya arqumentini bir daha təsdiqləyib. Çünki bu, nə Suriya prezidenti Bəşər Əsəd hökuməti tərəfindən, nə də BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyib.

“Əgər ABŞ kontingentini geri çəkməyə qərar verirsə, o doğru şeyi etmiş olar”, - deyə Putin əlavə edib.

Rusiya lideri ABŞ-ın niyyətini ilə bağlı qeyd edib ki, Vaşinqton 17 ildir Əfqanıstandakı fəaliyyətini dayandırmaq üçün təkrarladığı vədlərinə baxmayaraq hələ də ölkədə iştirakını davam etdirir. Ona görə də, bu niyyətin doğru olub-olmadığını görəcəyik.

İlkin Məmmədov
Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp   Suriya  


Bizi "telegram"da izləyin