“Orexovo-Zuyevo” Rusiya HDD silahlanmasına qəbul edilib

2018/12/454-1544443116.jpg
Oxunub: 1244     15:56     10 Dekabr 2018    
“Kalibr” qanadlı raketləri ilə təchiz olunmuş ən son korvet “Orexovo-Zuyevo”, Rusiyanın Qara dəniz Filotiliyasına xidmətə qəbul edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, gəminin xidmətə qəbul mərasimi bu gün həyata keçirilib.

Ötən cümə günü bildirildiyi kimi, döyüş gəmisi sınaqlarını başa vurub və Sevastopoldakı daimi xidmət bazasına ilk dəfə gəlib.

Bu gün döyüş gəmisində təntənəli bayraq asma mərasimi təşkil edilib. Hərbi gəmi, Qara dəniz donanmasının 41-ci raket gəmiləri briqadasının bir hissəsini təşkil edəcək.

“Orexovo-Zuyevo” korveti çoxməqsədli döyüş gəmisidir, “Buyan-M” gəmi seriyasının yeddincisi və Rusiyanın Qara dəniz donanması üçün inşa edilən ikinci gəmidir. Korvet “Kalibr-NK” uzaq mənzilli raketləri ilə də təchiz olunub.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Orexovo-Zuyevo   Rusiya  

“Orexovo-Zuyevo” Rusiya HDD silahlanmasına qəbul edilib

2018/12/454-1544443116.jpg
Oxunub: 1245     15:56     10 Dekabr 2018    