NI: Ş. Koreyanın raket arsenalını genişləndirməsi təəccüblü deyil

2018/12/RTS20-1544266561.jpg
Oxunub: 289     21:17     08 Dekabr 2018    
ABŞ-la diplomatik danışıqların davam etməsi Şimali Koreyanın nüvə silahı və raket arsenalını genişləndirməyi dayandıracağı mənasına gəlmir, Kim edəcəyinə söz verdiyi işləri etməyə davam edir.

Ordu.az xəbər verir ki, bu sözlər “National Interest” nəşrində yayımlanmış məqalədə qeyd olunub.

Məqaləyə görə, bu yaxınlarda Çinlə sərhəddə “Yeongjeo-dong”da aşkarlanan raket bazası Koreyanın ictimaiyyətə açıqlamadığı yeganə raket bazası deyil. Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin tədqiqatlarına görə belə gizli 13 hərbi baza daha var. Bəzi ekspertlər qeyd edib ki, Ş. Koreya ilə danışıqlar cəhdi zaman israfıdır və Kim heç vaxt dürüst davranmayacaq. Əslində isə Ş. Koreyanın nüvəsizləşdirmə ilə bağlı danışıqların davam etdiyi bir zamanda raket arsenalını genişləndirməsi təəccüblü deyil.

Prezident Kim Çen In ötən ilin dekabrında verdiyi açıqlamada qeyd etmişdi ki, bu il ölkə bütün resurslarını nüvə silahları və raketlərin toplu istehsalına cəmləyərək iqtisadiyyatı gücləndirməyə çalışacaq və budur, Kim dediyini edir.

Raketlərin təkmilləşdirilməsi ilə bağlı məlumatlar narahatlıq versə də, bu gözlənilməyən bir hadisə deyil. Tramp administrasiyası hələ heç bir razılaşmaya imza atmağa razı olmayan Kim Çen Indan bunu da gözləməli idi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   Raket-bazası  

NI: Ş. Koreyanın raket arsenalını genişləndirməsi təəccüblü deyil

2018/12/RTS20-1544266561.jpg
Oxunub: 292     21:17     08 Dekabr 2018    