ABŞ “Hololen” texnologiyasını ön cəbhədə necə istifadə edəcək?

2018/12/23423-1544261219.jpg
Oxunub: 253     19:23     08 Dekabr 2018    
Bu yaxınlarda “Microsoft” şirkəti ABŞ əsgərlərinə 100 min ədəd “Hololen” eynəkləri hazırlamaq üçün 480 milyon dollarlıq müqavilə ilə təltif edilib.

Bu texnologiyadan əvvəllər təlimlərdə istifadə edilsə də, bu qədər irihəcmli sifariş edilməsi ABŞ-ın bütün əsgərlərini bu eynəklərlə təmin etmək planı olduğundan xəbər verir. Bəs bu eynəklər ön cəbhədə necə istifadə ediləcək?

“Hololen” texnologiyasının üzərində xüsusi sensorlar yerləşdirilib və bunlar vasitəsilə əsgərlərin yerini müəyyən etmək mümkün olacaq. Bundan əlavə eynəklər istifadəçiyə ətraf mühitlə bağlı müxtəlif məlumatları çatdıra biləcək: yaxınlaşan təhlükə, istifadə edilən avadanlıqla bağlı məlumat və s.

Lazım olan informasiyaya anında çatmaq əsgərlər üçün böyük üstünlük yaratmaqla əməliyyat gücünü artıra bilər. Lakin kommersial istifadə üçün hazırlanmış bir məhsulu ön cəbhədə istifadə etməyin müəyyən çətinlikləri olacaq. Onlar su və toz keçirməyən, xarici şoklara qarşı dayanıqlı olmalıdır. Bundan əlavə, çox az günəş işığı olan bölgələrdə də işləməsi üçün təkmilləşdirmələr edilməlidir.

Əgər “Microsoft” bu işdə uğurlu olarsa, yeni texnologiya həmçinin komandanlıqlar daxilində informasiya mübadiləsini də sürətləndirə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Hololen  

ABŞ “Hololen” texnologiyasını ön cəbhədə necə istifadə edəcək?

2018/12/23423-1544261219.jpg
Oxunub: 256     19:23     08 Dekabr 2018    