ABŞ Arktik regionundakı radarları yeniləyir

2018/12/1200p-1544260822.jpg
Oxunub: 178     22:16     08 Dekabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri Kanada ilə birlikdə planlanmış Şimal Xəbərdarlıq Sisteminə daxil olan 47 radarı inkişaf etdirmək üçün araşdırmalara başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HHQ rəsmiləri məlumat verib.

Onların sözlərinə görə, regiondakı yeniliklərlə ayaqlaşa bilmək üçün radarlarda təkmilləşdirmə işləri aparılmalıdır.

HHQ A3 əməliyyatlarının rəisi qeyd edib ki, vəziyyət Arktik regionunda sürətlə dəyişir və rəqiblərin Şimal Qütbü yaxınlığında güclənməsi ehtimalı var.

“Bu ərazi əvvəllər Sovetlər Birliyi ilə Amerika arasında bufer zona hesab edilirdi, fiziki şərait ağır olsa da bu regiondakı sistemləri inkişaf etdirməliyik”, - deyə o, əlavə edib.

Qeyd edək ki, radar sistemlərinin inkişaf potensialını ABŞ-ın Döyüş Komandanlığı araşdıracaq. İlk mərhələdə Şimali Amerikadakı sensorların modernləşdirilməsi baş tutacaq, onların təhlükələri müəyyən etmə, izləmə və dəf etmə bacarıqları artırılacaq. Şimal Xəbərdarlıq Sistemi Pentaqonun müdafiə strategiyası çərçivəsində yenilənəcək və bu işlər 2019-cu ilədək davam edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Arktik   Radar  

ABŞ Arktik regionundakı radarları yeniləyir

2018/12/1200p-1544260822.jpg
Oxunub: 181     22:16     08 Dekabr 2018    