TSQ son bir həftədə 32 terrorçunu zərərsizləşdirib

2018/12/42ad3-1544257412.jpg
Oxunub: 490     12:17     08 Dekabr 2018    
Son bir həftədə Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizə çərçivəsində həyata keçirdiyi əməliyyatlarda 32 terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar 30 noyabr-6 dekabr tarixlərində Diyarbəkir, Şanlıurfa, Tunceli və Şırnakda həyata keçirilib.

12 tüfəng, 1 tank əleyhinə silah, 15 kq A-4 və 7,5 kq C-4 partlayıcı maddə, 3 əl bombası ələ keçirilən əməliyyatlarda terrorçuların sığınacaqları və silah depoları məhv edilib.

Qeyd edək ki, əməliyyatlar zamanı 2 türk əsgərinin yaralandığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: TSQ   Terror   PKK  

TSQ son bir həftədə 32 terrorçunu zərərsizləşdirib

2018/12/42ad3-1544257412.jpg
Oxunub: 493     12:17     08 Dekabr 2018    