Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır - FOTO

2018/12/b05f2-1544249321.jpg
Oxunub: 928     10:12     08 Dekabr 2018    
“Bakıda keçirilən beynəlxalq sərgi İran şirkətlərini region bazarlarına çıxaracaq fürsətdir”.

Ordu.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın rabitə və informasiya naziri Məhəmməd Cavad Azəri Cəhrumi “Bakutel-2018” sərgisində iştirakı zamanı bildirib.

“Biz İnformasiya Texnologiyaları sahəsində gənclər mərkəzli yeni bazar yaratmaq niyyətindəyik, elə buna görə də bu gün 14 İran şirkəti bu sərgidə iştirak edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, gündəmdə olan əsas məsələ Azərbaycan və İran akademik mərkəzləri arasında təcrübə və bilik mübadiləsi və birgə peyk istehsalı olub.

Sərgidən sonra Trend.az saytına müsahibə verən nazir birgə peyk istehsalı və poçt rabitəsi sahəsində əməkdaşlıq barəsində razılıq əldə edildiyini qeyd edib. Bundan əlavə, o növbəti görüşlərdə TASIM fiber-optik label magistralının tikintisi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Azərbaycan   İran   Peyk-istehsalı  

Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır - FOTO

2018/12/b05f2-1544249321.jpg
Oxunub: 931     10:12     08 Dekabr 2018    