Kiçik dronların gələcəyi necə olacaq?

2018/12/b-18-1544173208.jpg
Oxunub: 205     21:32     07 Dekabr 2018    
Kiçik dronlar həm ordular, həm də illeqal aktorlar – silahlılar, terrorçular, seperatçılar və s. – tərəfindən geniş istifadə olunur. Hətta bəzi qeyri-dövlət aktorları bomba atmaq bacarığına malik dronlar hazırlamağa çalışaraq ənənəvi orduları təhdid etməyə çalışır. Bəs kiçik dronların gələcəyi necə olacaq?

İri dronlar artıq bir neçə güclü ölkə tərəfindən istifadə edilməkdən çıxaraq bütün modern ordularda geniş istifadə edilir. Hazırda isə kiçik dronlar bacarıq və spektr baxımından inqilab yaşayırlar. Həm kommersial olaraq satılan, həm də əldə hazırlanan kiçik dronlar qeyri-dövlət aktorları tərəfindən istifadə olunur. Kiçik dronlarla bağlı maraqlı bir məsələ odur ki, onları alıb ehiyaca uyğun olaraq yenidən istehsal etmək və ya dəyişdirmək mümkün olur.

Digər bir məsələ odur ki, kiçik dronlar psixoloji gərginliyə səbəb olur. Ərazidə uçan və məqsədinin nə olduğu tam olaraq bilinməyən bir cihaz ordu qüvvələri arasında təşviş və həyəcana səbəb olaraq psixoloji müharibə aparır.

Dronların ən böyük istifadəçilərindən biri İraq və Suriyadakı İŞİD qruplaşmasıdır. Bu dronlar kəşfiyyat, izləmə və müxtəlif əməliyyatlar üçün istifadə olunur.

Bütün bunlar – dronların əldə edilməsinin asan və ucuz başa gəlməsi, əlçatan olması, taktiki əhəmiyyəti – kiçik dronların gələcəkdə daha çox istifadə ediləcəyini göstərir. Qeyd edək ki, hazırda ABŞ və Avstraliya ordularında əməliyyat bölmələrinə də kiçik dronların əlavə edilməsi üçün layihələr həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

Kiçik dronların gələcəyi necə olacaq?

2018/12/b-18-1544173208.jpg
Oxunub: 208     21:32     07 Dekabr 2018    