“Symantec” kiber müharibədən müdafiə sistemləri hazırlayıb

2018/12/syman-1544172993.jpg
Oxunub: 187     21:55     07 Dekabr 2018    
“Symantec” şirkəti ölkənin əhəmiyyətli infrastrukturlarını kiber müharibəyə qarşı qoruyacaq ICSP (Industrial Control System Protection) sistemlərini təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Patrik Qardner məlumat verib.

Məlumata görə, yeni sistem kiber hücumların əməliyyat texnologiyaları üzərindəki fiziki nəticələrini aradan qaldıracaq.

“Kiber müharibə realdır və nəticələri dağıdıcı ola bilər. Hazırda hərbi sənayedə istifadə olunan sistemlərin çoxu köhnə texnologiyalardan istifadə edir ki, onlar da kiber təhlükələrə qarşı çox həssasdırlar. Yeni sistem bütün infrastrukturları vahid mərkəzə bağlayaraq daha asan şəkildə onların təhlükəsizliyini təmin edəcək” – deyə Qardner bildirib.

Qeyd edək ki, hazırda şirkət bu sistemlər üçün ön sifariş qəbul edir və ilk sifarişlərin 2019-cu ildə hazır olacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Symantec   Kiber-məkan  

“Symantec” kiber müharibədən müdafiə sistemləri hazırlayıb

2018/12/syman-1544172993.jpg
Oxunub: 190     21:55     07 Dekabr 2018    