NI: “Nimitz” sinfli aviadaşıyıcılar nəyə qadirdir?

2018/12/USS_N-1544172582.jpg
Oxunub: 316     20:48     07 Dekabr 2018    
Nüvə enerjisi ilə işləyən “Nimitz” sinfli aviadaşıyıcılardan ABŞ donanmasında 11 ədəd istifadə olunur. Qeyd edək ki, dünyanın heç bir ölkəsi ölçüsünə görə bu qədər böyük aviadaşıyıcıya malik deyil. Onlarla döyüş təyyarəsini daşıya bilən bu aviadaşıyıcılar bəzən “Üzən Hərbi Hava Bazası” da adlandırılır.

Ordu.az xəbər verir ki, bu barədə “National Interest” nəşri məqalə yayımlayıb.

Məqaləyə görə, 2017-ci ildə tikilmiş “Nimitz” aviadaşıyıcılarından biri dünya tarixində tikilmiş ən böyük gəmi hesab edilir. Aviadaşıyıcıların həcmi və istifadə edilən CATOBAR sistemi imkan verir ki, bir təyyarə eniş edərkən digəri qalxa bilsin. Hazırda bu sistemi istifadə edən yeganə digər dövlət Fransadır. Rusiya və Çin isə aviadaşıyıcılara CATOBAR sistemini inteqrasiya etdirmək üçün çalışır.

Aviadaşıyıcı yüzlərlə F-4 “Phantom” və F-14 “Tomcat” qırıcısı, eyni zamanda A-6 və A-7 bombardmançı təyyarələri daşıya bilir.

Qeyd edək ki, “Nimitz” aviadaşıyıcıları 1960-cı illərdə baş vermiş 3 dağıdıcı qəzadan sonra təkmilləşdirilərək hazırkı vəziyyətinə sahib olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Nimitz   Aviadaşıyıcı  

NI: “Nimitz” sinfli aviadaşıyıcılar nəyə qadirdir?

2018/12/USS_N-1544172582.jpg
Oxunub: 319     20:48     07 Dekabr 2018    