Asimmetrik müharibə nədir?

2018/12/16117-1544171611.jpg
Oxunub: 484     19:15     07 Dekabr 2018    
Asimmetrik müharibə, müharibə edən tərəflər arasında güc balansının olmaması və ya onların hərbi texnologiya baxımından çox fərqlənməsi zamanı ortaya çıxır.

Ordu.az xəbər verir ki, bu termin ilk dəfə Andrey Mak tərəfindən “Niyə böyük dövlətlər kiçik müharibələrdə uğursuzluğa düçar olur” kitabında istifadə edilib.

Adətən, böyük dövlətlərin silahlı qüvvələri ilə kiçik dövlətlər və yaxud terrorçu qruplaşmalar arasında baş verən müharibələr asimmetrik müharibə adlanır. Belə müharibələrdə say və güc baxımından zəif olan tərəf digər tərəfi tamamilə yox edə bilməyəcəyini bildiyi üçün ona mümkün qədər çox zərər verməyə çalışır.

Asimmetrik müharibələrə hazırda Yəmən və Əfqanıstandakı müharibələri misal göstərmək olar.

Maraqlı nüans odur ki, böyük dövlətlər qarşı tərəfi zəif gördüyü üçün bəzən kifayət qədər əhəmiyyət vermir və bu, “kiçik” müharibələrdə uğursuzluq və ya ciddi hərbi itkilərlə üzləşməyə səbəb olur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Asimmetrik-müharibə  

Asimmetrik müharibə nədir?

2018/12/16117-1544171611.jpg
Oxunub: 487     19:15     07 Dekabr 2018    