Ermənistan ordusunun təchizatçıları müqavilə üzrə öhdəliklərini pozublar

2018/12/95728-1544187929.jpg
Oxunub: 241     16:12     07 Dekabr 2018    
Ermənsitan Müdafiə Nazirliyinin təchizatçılarının 700 milyon dram həcmində müqavilə öhdəliklərini yerinə yetirmədiyi aşkar olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hərbi prokurorluğu yayıb.

Bildirilir ki, ümumi dəyəri 1 milyard 317 milyon dram olan dörd müqavilə üzrə əvvəlcədən təchizatçıya 620 milyon dram məbləğində pul ödənilsə də, təchizatçı müqaviləni pozub və öhdəliklərdə təxminən 230 milyon dram məbləğ də yoxa çıxıb.

Prokurorluq müqavilənin hansı məhsul və xidmətlərə aid olduğu haqqında məlumat yaymayıb.

Təchizatçılar qanunla tələb olunan şəkildə xəbərdar ediliblər. Materiallar isə növbəti istintaq üçün ümumi hərbi araşdırma komitəsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   MN   Korrupsiya  

Ermənistan ordusunun təchizatçıları müqavilə üzrə öhdəliklərini pozublar

2018/12/95728-1544187929.jpg
Oxunub: 244     16:12     07 Dekabr 2018    