KTMT Baş katibi vəzifəsinin kimliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

2018/12/34534-1544187802.jpg
Oxunub: 226     19:54     07 Dekabr 2018    
Belarus prezidenti Aleksandr Lukaşenko KTMT Baş Katibi vəzifəsinin Belarus nümayəndəsi təhvil alacağını iddia edir.

Ordu.az xəbər verir ki, Ermənistanda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi isə bunu inkar edir.

Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan erməni Baş katibi Yuri Xaçaturovun yerinə Belarus nümayəndəsi təyin olunacaq.

Lukaşenkonun sözlərinə görə, dünənki görüşlərdə KTMT-nin Baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub.

“Biz gözlənilmədən az qala bu gün KTMT-nin də sammitini keçirdik və prinsipcə, Baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin Baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Nazarbayev də demişdi. Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar”, - deyə Lukaşenko bəyan edib.

Lakin Ermənistanın Baş nazirinin mətbuat katibi Armen Yeğoyanın öz “Facebook” səhifəsindən etdiyi açıqlamada KTMT-nin Baş katibi məsələsinin həll edilmədiyi qeyd edilib.

Onun sözlərinə görə, ümumiyyətlə sammit çərçivəsində KTMT-nin iclası keçirilməyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, KTMT-nin Baş katibi məsələsi konsensus yolu ilə həll ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Ermənistan  

KTMT Baş katibi vəzifəsinin kimliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

2018/12/34534-1544187802.jpg
Oxunub: 229     19:54     07 Dekabr 2018    