“Ermənistan əvvəlcə Krımı Rusiyanın bir hissəsi kimi tanımalıdır” – Jarixin

2018/12/34534-1544186739.jpg
Oxunub: 280     17:43     07 Dekabr 2018    
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri öz mövqelərini möhkəmləndirməyə çağırmazdan əvvəl, Ermənistan Krımı Rusiya Federasiyasının ərazisi olaraq tanımalıdır”

Ordu.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri MDB İnstitutunun direktor müavini Vladimir Jarixin səsləndirib.

Jarixin ötən günlərdə “Rosiya 24” telekanalında Ermənistanın Baş naziri Nikol Paşinyanın, KTMT-nin bəzi üzv dövlətlərinin illərdir ki, beynəlxalq təşkilatlarda Ermənistanın maraqlarına qarşı səs vermələrindən bəhs edən müsahibəsinə münasibət bildirib.

Xatırladaq ki, həmin müsahibə zamanı Paşinyan hərbi ittifaq tərəfdaşlarını öz mövqelərini uyğunlaşdırmağa çağırıb.

“Hesab edirəm ki, Ermənistan Krımı Rusiya Federasiyasının ərazisi olaraq tanıyanda, cənab Paşinyan bu məsələyə qayıtsa, daha arzuolunan ola bilər. Bundan əvvəl belə ifadələr bir az qəribə görünür”, - deyə Vladimir Jarixin ilə müsahibəsində bildirib.

Ekspertin fikrincə, KTMT üzrə hərbi-siyasi müttəfiqinin ərazi bütövlüyünü tanımamaq və eyni zamanda beynəlxalq təşkilatlarda səsvermə ilə bağlı iddialar irəli sürmək düzgün deyil.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

“Ermənistan əvvəlcə Krımı Rusiyanın bir hissəsi kimi tanımalıdır” – Jarixin

2018/12/34534-1544186739.jpg
Oxunub: 283     17:43     07 Dekabr 2018    