Erməni əsgərlərə buterbrodlar paylanır: Bu rüşvətdir, yoxsa inqilabı başa çatdırmaq?

2018/12/ermen-1544186457.jpg
Oxunub: 496     18:43     07 Dekabr 2018    
Bir neçə gündür ki, Ermənistanın Sisan bölgəsindəki hərbi hissədə qulluq edən əsgərlərə buterbrod paylanılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbçilərə buterbrodun paylanması məsələsinin arxasında Hovik Hambartsumyan dayanır.

Məlumata görə, Hovik Hambsrtsumyan qısa vaxt ərzində 3 partiya dəyişən, iqtidar partiyası olan Respublikaçıların sabiq üzvü, oktyabrın 3-dək “Çiçəklənən Ermənistan” partiyasının üzvü, indisə artıq “Mənim Adımım” blokunun reytinq cədvəlində peyda olan Karen Hambartsumyanın atasıdır.

Bildirilir ki, əgər bu hər hansı bir digər siyasi qüvvə tərəfindən atılmış addım olsaydı, dərhal seçkiqabağı rüşvət kimi dəyərləndiriləcəkdi. Çünki, həmin hərbi hissənin əsgərləri seçkilərdə iştirak edəcək və namizədin atasının bu hərəkəti əsgərlərin oğluna səs veməsini təmin etmək məqsədi daşıya bilər.

Cinayət məcəlləsindən yaxşı xəbərdar olan Hambartsumyan isə inqilabın başa çatması adı altında özünü çox rahat və müdafiə edilmiş hiss edir. Bir sözlə göstəriş Paşinyan “yüksəkliyi”ndən verilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Seçki   Rüşvət  

Erməni əsgərlərə buterbrodlar paylanır: Bu rüşvətdir, yoxsa inqilabı başa çatdırmaq?

2018/12/ermen-1544186457.jpg
Oxunub: 499     18:43     07 Dekabr 2018    