“KTMT-nin BK-nın təyinatı məsələsi həll edilməmiş qalır” – Peskov

2018/12/10180-1544185978.jpg
Oxunub: 187     16:31     07 Dekabr 2018    
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni Baş katibinin təyinatı ilə bağlı məsələ hələ də həll edilməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Məsələ həll edilməmiş qalır. Bununla bağlı çalışmalar davam edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, məsələ Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən AİƏT-in sessiyası zamanı da gündəmə gətirilib, lakin həmin vaxt görüşdə bütün KTMT üzvləri təmsil olunmayıb.

Xatırladaq ki, Belarus prezidenti daha öncə sözügedən vəzifəyə belaruslu nümayəndənin təyin olunacağını dilə gətirsə də, rəsmi İrəvan bunu təkzib edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Belarus   Peskov  

“KTMT-nin BK-nın təyinatı məsələsi həll edilməmiş qalır” – Peskov

2018/12/10180-1544185978.jpg
Oxunub: 190     16:31     07 Dekabr 2018    