Erməni pilotlar qəzadan öncə dispetçer xidmətinə havanın pis olduğunu bildiriblər

2018/12/85e22-1544185955.jpg
Oxunub: 286     15:46     07 Dekabr 2018    
Dekabrın 4-də Ermənistanda baş verən qəzadan əvvəl pilotlar dispetçer xidmətinə hava şəraitinin pis olması barədə məlumat veriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisədən sonra açılan cinayət işi nəticəsində hadisə üzrə bəzi faktlar məlum olub.

İlkin araşdırma orqanı Ermənistan Müdafiə Nazirliyindən götürdüyü dispetçer məntəqəsinin səs yazısına əsasən aydın olub ki, həmin gün saat 10:00 radələrində pilotlardan biri məntəqə ilə əlaqəyə çıxaraq, hava şəraitinin yaxşı olmadığı barədə məlumat verib.

Bundan bir qədər sonra isə digər pilot təkrar əlaqəyə çıxaraq hava şəraitinin çox pis olduğu və geri qayıtdıqlarını deyib. Pilotlarla əlaqə də məhz bu olub və dispetçer məntəqəsinin pilotlarla danışmaq məqsədilə göstərdiyi sonrakı cəhdlər nəticəsiz qalıb.

Xatırladaq ki, sözügedən hadisə zamanı Su-25 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot, polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Qəza  

Erməni pilotlar qəzadan öncə dispetçer xidmətinə havanın pis olduğunu bildiriblər

2018/12/85e22-1544185955.jpg
Oxunub: 289     15:46     07 Dekabr 2018    