Sudan və Misir Liviya ilə sərhəddə birgə ordu qüvvəsi yaradırlar

2018/12/libya-1544183908.jpg
Oxunub: 217     15:34     07 Dekabr 2018    
“Misirlə çox yaxşı əməkdaşlığımız var, biz sərhədi qorumaq üçün ortaq bir monitorinq ordusu və ya monitorinq qüvvələri formalaşdırmağı planlaşdırırıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Sudanın Rusiyadakı səfiri Nadir Babeker bildirib.

Sudan səfiri söyləyib ki, bölgədə silah qaçaqmalçılığı və terrorçuların köçürülməsi halları baş verir və regional dövlətlər bundan narahatdır.

“Biz Liviya sərhədini qonşu ölkələrlə yaxşı nəzarət altında saxlamaq üçün hər cür səy göstərməliyik”, - deyə o qeyd edib.

Səfir bildirib ki, Sudanın Misirlə yaradılacaq birgə qüvvələri Liviyadakı vəziyyətin stabilləşdirilməsində müsbət rol oynayacaq.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Sudan   Misir   Liviya  

Sudan və Misir Liviya ilə sərhəddə birgə ordu qüvvəsi yaradırlar

2018/12/libya-1544183908.jpg
Oxunub: 220     15:34     07 Dekabr 2018    