"Ukrayna gəmiləri Kerç boğazından keçməyə davam edəcək"- Poltorak

2018/12/1000_-1544179413.jpg
Oxunub: 184     14:34     07 Dekabr 2018    
“Ukrayna donanması bundan sonra da Kerç boğazı vasitəsilə öz hərbi gəmilərini göndərməyə davam edəcək”.

Ordu.az xəbər veriri ki, bu sözləri Ukrayna Müdafiə naziri Stepan Poltorak səsləndirib.

Poltorak onu da sözlərinə əlavə edib ki, növbəti belə keçid ölkənin Hərbi Dəniz Qüvvələri buna hazır olduğu zaman baş verəcək.

“Birliklərimizi rotasiya etmək üçün hazır olduğumuzda Kerç boğazından növbəti keçidi bütün beynəlxalq normalara və qaydalara uyğun olaraq həyata keçirəcəyik. O vaxta kimi, Rusiyaya edilən beynəlxalq təzyiq onlara beynəlxalq öhdəliklərini yerinə yetirə bilmədiklərini açıqca göstərəcək”, - Poltorak deyib.

Müdafiə naziri bildirib ki, Ukrayna Kerç bğazından istifadə və Azov dənizində iştirak etmək hüququndan imtina etməyəcək.

“Əks təqdirdə, bu Rusiyanın Azov dənizini tam işğal etməsi və bizim başqa bir ərazini itirdiyimiz anlamına gələcək. Biz isə buna imkan verməyəcəyik”, - deyə nazir əlavə edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Ukrayna   Rusiya   Kerç-Boğazı  

"Ukrayna gəmiləri Kerç boğazından keçməyə davam edəcək"- Poltorak

2018/12/1000_-1544179413.jpg
Oxunub: 187     14:34     07 Dekabr 2018    