Türkiyə müdafiə sənayesi bu il rekord ixracat həcminə çatıb

2018/12/thumb-1544176927.jpg
Oxunub: 454     14:00     07 Dekabr 2018    
Türkiyə müdafiə sənayesi ilin ilk 11 aylıq dövründə 1,78 milyard dollarlıq ixracat göstəricisinə çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi tərəfindən məlumat verilib.

Məlumata görə, əvvəlki illə müqayisədə 16%-lık bir artışa şahid olan ixracat il sonuna doğru 2 milyard dollar sərhəddinin altında qalmış olsa belə indidən bütün zamanların rekordu olaraq tarixdə yerini alıb.

Ən çox ixracat 644 milyon dollar olmaqla ABŞ-a edilib. İkinci sırada isə 211 milyon dollar ilə Almaniya və ardınca 150 milyon dollarla Oman yer alıb. Digər ölkələr isə Hollandiya 72, Hindistan 72, Qətər 71, İngiltərə 51, Polşa 48, Fransa 44, Azərbaycan 37 milyon dollar şəklində sadalanıb.

Ağalar Ağalar
Ordu.az

Teqlər: Türkiyə   Müdafiə-sənayesi  

Türkiyə müdafiə sənayesi bu il rekord ixracat həcminə çatıb

2018/12/thumb-1544176927.jpg
Oxunub: 457     14:00     07 Dekabr 2018    