Amerikalı general Ermənistana gəlib

2018/12/15002-1544174339.jpg
Oxunub: 307     13:18     07 Dekabr 2018    
Ermənistan Müdafiə naziri Davit Tonoyan amerikalı general-mayor Li Tafanellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan müdafiə naziri Davit Tonoyan Ermənistanda ABŞ səfirinin səlahiyyətlərini müvəqqəti həyata keçirən Rafik Mansurun müşayiəti ilə, ABŞ-ın Kanzas ştatının adyutant generalı, milli qvardiya komandanı, general-mayor Li Tafanellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Tonoyan qeyd edib ki, 15 il davam edən əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirilib və bu iş hazırda davam edir.

General-mayor Li Tafanelli isə əməkdaşlıq proqramı çərçivəsində sülhməramlı missiya, hərbi tibb, şəxsi heyətin taktiki hazırlığı və digər sahələrdə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: ABŞ   Kanzas-şatatı   Ermənistan  

Amerikalı general Ermənistana gəlib

2018/12/15002-1544174339.jpg
Oxunub: 310     13:18     07 Dekabr 2018    