ABŞ HHQ-nın süni zəka komandası yaradıldı

2018/12/234-1544174007.jpg
Oxunub: 196     13:54     07 Dekabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri süni zəka sahəsindəki yenilikləri pilotlara çatdırmaq və ən son texnologiya ilə ayaqlaşa bilmək üçün süni zəka komandası yaradıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HHQ kapitanı Maykl Kanaan bildirib.

“Ötən il ərzində Pentaqon süni zəka və maşın öyrənməsi ilə bağlı layihələr keçirib, süni zəka komandası isə hələ başlanğıc mərhələsindədir. Komandanın 22 üzvü var, onlar Hava Qüvvələri Baş Qərargahında və Araşdırma Laboratoriyasında xidmət göstərmiş bacarıqlı hərbçilərdir”, - deyə o qeyd edib.

Komanda süni zəka ilə bağlı planlamalar, logistika və təmirdə süni zəka tətbiqetmələrindən istifadə kimi bütün işləri yerinə yetirəcək, onların dəyərləndirilməsi, yoxlanışı və sınaqlarını həyata keçirəcək.

“Ümumilikdə onların görəcəyi iş HHQ-nın süni zəka strategiyasını qurmaq olacaq və bunun üçün 5 əsas prinsipi nəzərə alacaqlar: biznes imkanlarını araşdırmaq (proqram təminatları, bulud texnologiyası sistemləri, platformaları və s.), keyfiyyətli datanın istifadəsi, onun analizi, alqoritmlərin öyrənilməsi və bacarıqlı işçi qüvvəsi yetişdirilməsi” , - deyə Kanaan əlavə edib.
Qeyd edək ki, son maddə ilə bağlı olaraq, HHQ yeni komandadan hərbi qüvvələr heyətinin kompüter dilləri ilə bağlı bilik və bacarıqlarını yoxlanmasını tələb edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Süni-Zəka  

ABŞ HHQ-nın süni zəka komandası yaradıldı

2018/12/234-1544174007.jpg
Oxunub: 199     13:54     07 Dekabr 2018    