Diyarbəkirdə PKK-ya qarşı əməliyyat keçirilib

2018/12/thumb-1544170885.jpg
Oxunub: 145     12:20     07 Dekabr 2018    
Türkiyə Silahlı Qüvvələri Diyarbəkirin Qulp bölgəsində PKK terrorçularına qarşı hərbi əməliyyat həyata keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyi məlumat verib.

Məlumata görə, Qulp rayonunun şimal-şərqindəki dağlıq və çöl sahədə dünən saat 05:30-dan etibarən Jandarma Desant Bölüyü və Təhlükəsizlik Gözətçiləri tərəfindən başlanılan "Aktaş-12 Xüsusi İttifaq əməliyyatı" saat 21:00 etibarilə uğurla tamamlanıb.

Əməliyyat zamanı terrorçuların 3 sığınacağında tank əleyhinə minaatan sursatı, 250 kiloqram ammonium nitrat partlayıcı, 5 partlayışlı fitil, 3 elektrik boru, 320 iri batareya, 4-lü batareya bloku və 6 terrorçu geyimi ələ keçirilib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: TSQ   PKK  

Diyarbəkirdə PKK-ya qarşı əməliyyat keçirilib

2018/12/thumb-1544170885.jpg
Oxunub: 148     12:20     07 Dekabr 2018    