Elektron qələmlər?| Erməni prezidentin müşavirinin arvadı ölkədən məxfi məlumatları çıxarmağa cəhd edib

2018/12/tumbl-3088337594.jpg
Oxunub: 487     11:40     07 Dekabr 2018    
Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin arvadı ölkədən məxfi məlumatları gizli yolla çıxarmağa cəhd edib.

Ordu.az xəbər verir ki, Ermənistan cəzaçəkmə müəssisələrinin keçmiş rəisi Samvel Hovhannisyan öz "Facebook" səhifəsində 25 illik tarixə malik maraqlı bir məlumat paylaşıb.

Onun sözlərinə görə, Davit Şahnazaryan son vaxtlar Qarabağ müharibəsi dövründə kimin özünü necə sərgilədiyinə dair keçmiş xatirələrini tez-tez bölüşməklə, bütün bu məlumatları guya bir neçə ay milli təhlükəsilik rəisi olduğu müddət ərzində əldə etdiyini deyir.

1993-1994-cü illərə dair bir neçə hadisəni xatırlayan Hovhannisyan maraqlı bir tarixçəni bölüşərək davamını da yazacağını vəd edib.

Məlumatı yazıldığı kimi təqdim edirik: "Qeyd edilən müddət ərzində prezident aparatının yüksək vəzifəli məmurlarından birinin arvadı bir neçə aylıq körpəsi ilə bərabər Zvartnots hava limanından 910 nömrəli reyslə Moskva şəhərinə uçurdu. Ehtimal olunur ki, maneəsiz keçid əldə etmək üçün həmin qadını polkovnik rütbəli bir şəxs müşayiət edib. Lakin əldə edilən əməliyyat məlumatlarını yoxlamaq üçün təyyarəyə minik zərurətindən irəli gələrək, deputatlar üçün nəzərdə tutulmuş salonda olan sərnişinlər əşya və şəxsi yoxlamadan keçməyə dəvət olunublar.

Yoxlama zamanı müəyyən olundu ki, yüksək vəzifəli məmurun arvadı uşaq bezi içərisində 7 ədəd elektron qələmi gizli yolla ölkədən çıxarmağa cəhd edir. Həmin qadın onu müşayiət edən polkovniklə birlikdə şöbəyə gətirildi. Orada qələmlərin qeydiyyatı aparıldı, yoxlanıldı və Daxili İşlər nazirinə məruzə edildi. Daha sonra milli təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi gəldi. Bütün məlumatları və saxlanılanları ona təhvil verdik. Ən vacib olan isə həmin qadının Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin arvadı olması idi. Həmin elektron qələmlərdə isə Ermənistanın milli təhlükəsizliyini təmin etmək üsulu və ehtimal olunan tədbirlərin siyahısı vardı. Həmin məlumatlar tam məxfi qrifi ilə işlənmişdi.

Milli təhlükəsizlik xidmətindən nümayəndə gələnədək 30-40 dəqiqə ərzində saxlanılan qonaqla səmimi söhbət etdim. Söhbətin detalları barədə dərhal Daxili İşlər naziri Siradeğyana məruzə etdim. Bundan sonra Davit Şahnazaryanın uğursuz günləri başladı. Daha sonra cinayət işi açıldı və heç kim cəzlandırılmadı. Bununla da Ermənistan prezidentinin baş məsləhətçisi Ermənistana qayıtmadı və hər şey bitdi.

Budur, Şahnazaryanın rəhbərliyi dövründə səmərəli fəaliyyətinin nəticəsi... Ölkənin milli təhlükəsizlik xidmətinin burnunun dibindən tam məxfi sənədləri belə çıxarmağa cəhd edirdilər. Həmin məxfi sənədlərin kim üçün nəzərdə tutulduğunu isə yalnız ehtimal etmək olar.

Faktiki olaraq, sıravi əməliyyatçı təhlükəsizlik sahəsində ölkəyə Şahnzarayandan daha çox fayda verdi. Bu həmin hadisədən hələ kiçik bir məqamdır, davamı çox da gecikməyəcək".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   MTX  

Elektron qələmlər?| Erməni prezidentin müşavirinin arvadı ölkədən məxfi məlumatları çıxarmağa cəhd edib

2018/12/tumbl-3088337594.jpg
Oxunub: 490     11:40     07 Dekabr 2018    