Qar uçqununda ölən erməni hərbçi barədə yeni məlumatlar

2018/12/qar-u-1544167036.jpg
Oxunub: 457     11:03     07 Dekabr 2018    
Ermənistanda qar uçqununda ölən erməni hərbi qulluqçular barədə yeni məlumatlar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qar uçqununa düşərək ölü halda tapılan müqaviləli erməni hərbi qulluqçu Hayk Karamyan Ermənistanın Sünik vilayətinin Tanahat kənd sakini olub.

Tanahat kənd rəhbəri Arsen Ohanyanın verdiyi məlumata əsasən, Karamyan 23 yaşında olub. Vaxtilə günəmuzd işlərdə işləyən və 2 bacısı olan Karamyan ailəli olmayıb. 2 il əvvəl ordudan təxris edildikdən sonra, dərhal müqaviləli hərbi qulluqçu olaraq xidmətini davam etdirib. Kasıb ailədən olan Karamyan orduya yazıldıqdan sonra son bir ildə sosial şəraitini nisbətən yaxşılaşdırıb.

Kənd rəhbəri deyir ki, dəfn xərclərini ödəmək üçün rayon rəhbərliyinə müraciət edəcək.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 5-də 2018-ci il saat 17:30 radələrində Sünik vilayətində dislokasiya olunan "N" nömrəli hərbi hissəsinin mühafizə zolağında 5 nəfərdən ibarət müqaviləli hərbi qulluqçu qar uçqununa düşüb. Axtarış xilasetmə tədbirləri çərçivəsində 4 erməni hərbi qulluqçunu xilas etmək mümkün olub. Xilas edilən hərbi qulluqçuların vəziyyətinin kafi olduğu bildirilir.

Dekabrın 6-da, saat 14:00 radələrində qar uçqununa düşən 1995-ci il təvəllüdlü, Sisian hərbi komissarlığından çağırılaraq 2016-cı ildən Ermənistan ordusunda xidmət edən, müqaviləli hərbi qulluqçu, çavuş Hayk Samveloviç Karamyanın meyiti aşkar edilib.

Hadisənin baş vermə səbəblərinin araşdırılması üçün istintaq tədbirləri aparılır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Ölüm  

Qar uçqununda ölən erməni hərbçi barədə yeni məlumatlar

2018/12/qar-u-1544167036.jpg
Oxunub: 460     11:03     07 Dekabr 2018    