NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiyanın özünəməxsus davranışlara davam etdiyini və Ukraynanın şərqində stabilliyi pozmağa çalışdığını bildirib.
Bəzi ekspertlər isə əsas problemin NATO-nun şərq siyasəti ilə bağlı olduğunu düşünür. Bu siyasət demokratçı Klinton administrasiyası tərəfindən daimi tənqidlərə məruz qalmışdı, hazırda isə respublikaçı Tramp da NATO-nun şərq siyasətindən razı olmadığını göstərir.
Rusiya NATO-nun şərqdə genişlənmə planlarının ölkənin təhlükəsizlik infrastrukturlarına zərər verəcəyini düşünür. Ukrayna isə NATO-nun Sülh üçün Əməkdaşlıq proqramına qoşulsa da, şərqdə genişlənmənin anidən yox, addım-addım olmasının tərəfdarıdır.
Bütün bu məsələlər çərçivəsində qeyd etməliyik ki, NATO artıq müdafiə institutu olmaqdan çıxaraq hərbi-siyasi təşkilata çevrilməkdədir.
Ağalar Ağalarlı
Ordu.az