“Menk” Ermənistana nə verə bilər?| AİƏT-dən çıxaq, KTMT-də qalaq

2018/12/45645-1544165598.jpg
Oxunub: 286     10:48     07 Dekabr 2018    
“Menk” ittifaqının seçkiqabağı proqramı AİƏT-dən çıxmağı, KTMT-də isə qalmağı nəzərdə tutur. “Menk” ittifaqı AİƏT-dən çıxmağı, Aİ və NATO-ya daxil olmağı təklif edir. Qanunsuz biznesə qarşı mübarizə aparmağı və yerli metallurgiya sənayesini inkişaf etdirməyi hədəfləyir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda parlament seçkilərində iştirak etməyə qərar verən “Menk” ittifaqı özünü qərbyönlü qüvvə hesab edir. Bu ittifaqa “Azad Demokratlar” və “Respublika” olmaqla iki partiya daxil olub.

“Azad Demokratlar” partiyasına Xaçatur Kokobelyan rəhbərlik edir. 2012-ci iləd Raffi Hovhanisyanla koalisiya təşkil edərək parlamentdə təmsil olunub. Hazırda seçki siyahısına Ermənistanın sabiq müdafiə nazirlərindən olan və 1999-cu ilin 27 oktyabr tarixində parlamenti gülləbaran edərkən öldürülən Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan rəhbərlik edir.

“Respublika” partiyası siyahısında Paşinyan hakimiyyəti dövründə Ədliyyə naziri vəzifəsini tutan Artak Zeynalyan da təmsil olunur. Seçki siyahısının ilk onluğunda “Yerkrapah” təşkilatının sədr müavini Ara Ketikyan da təmsil olunur.

“Menk” ittifaqı müdafiə və təhlükəsizlik sahəsində peşəkar ordu sisteminə üstünlük verir.

Xarici siyasət sahəsində isə bu ittifaq AİƏT təşkilatından Ermənistanın çıxmasına tərəfdardır.

Namizədlər belə hesab edir ki, həmin qurumda Ermənistanın münasibətləri Rusiyadan başqa heç bir ölkə ilə inkişaf etmir, AİƏT isə fayda vermir. Seçki layihəsində göstərilir ki, KTMT çərçivəsində əldə edilən razılıqlar Ermənistanın təhlükəsizliyində öz rolunu göstərməlidir. “Menk” ittifaqı perespektivdə NATO və Avropa İttifaqına daxil olmağı hədəfləyir.

İqtisadi sahədə isə təqaüdçülərin və dövlət qurumlarında işləyənlərin əmək haqqlarını 25% artırmağı, qaz və enerji istehlakı qiymətlərinin isə endirilməsini vəd etsə də, bunlara hansı yolla əməl edəcəyi mənbələrini göstərmir.

İttifaq, iş adamlarına bərabər şərait yaratmaqla 140 min yeni iş yeri vəd edir, 2024-cü ildən etibarən metallurgiya xammalının ixracını qadağan etməyi düşünür və öz seçki layihəsini mədəniyyət sahəsində islahatlarla yekunlaşdırır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Seçki   KTMT  

“Menk” Ermənistana nə verə bilər?| AİƏT-dən çıxaq, KTMT-də qalaq

2018/12/45645-1544165598.jpg
Oxunub: 289     10:48     07 Dekabr 2018    