KTMT sammiti niyə təxirə salındı? - EKSPERTLƏR

2018/12/CISO--4632488769.jpg
Oxunub: 700     09:56     07 Dekabr 2018    
Ermənistanda parlament seçkiləri ərəfəsində təbliğat kompaniyasının davam etdiyi bir zamanda, dekabrın 6-da Sankt Peterburq şəhərində KTMT-nin Baş katibliyinə namizədlik məsələsinin müzakirə ediləcəyi iclas təxirə salındı.

Belə ki, dekabrın 2-də Ermənistanın Vayots Dzor vilayətində jurnalistlərlə görüşü zamanı Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışı zamanı dekabrın 6-da keçiriləcək iclasın təxirə salınması təklif edilib. O qeyd edib ki, işgüzar qaydada razılıq əldə edilənədək müzakirələrin davam etdirilməsinə qərar verilib.

Lakin dekabrın 4-də Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında Paşinyanı ifşa etdi: "9 dekabrda bitəcək seçki kampaniyasına istinad edən erməni tərəfinin istəklərini nəzərə alaraq, KTMT iclasının keçirilməməsi qərara alındı".

Qeyd edək ki, Rusiyanın RBK kanalına verdiyi müsahibədə Nikol Paşinyanın baş məsləhətçisi Arsen Qasparyan, KTMT-nin yeni Baş katibinin seçilməsinin 2019-cu ildə baş tutacağını ifadə edib.

Xatırladaq ki, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturova qarşı "1 Mart" cinayət işi üzrə konstitutsiya quruluşunu dəyişdirməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb. Noyabrın 8-də Astanada keçirilən KTMT-nin sammitində yeni Baş katib seçilməyib. Dövlət başçıları məsələni dekabrın 6-da Sankt Peterburqda davam etməyə dair razılığa gəlmişdi. Lakin Astana sammitindən sonra Ermənistan və Belarus arasında nəzərə çarpan ziddiyyətlər meydana gəldi.

"Ermənistandan başqa digər üzv ölkələr yeni Baş katibin Belarus nümayəndəsi olmasına razıdırlar. Ancaq bu məsələnin məhz indiki gərgin vaxtda həll edilməsi çox da vacib olmadığından iclasın təxirə salınması Ermənistanla Belarus arasında müəyyən səngimələrə şərait yaradılmasına imkan verəcək".

Ordu.az xəbər verir ki, bu barədə məşhur rusiyalı politoloq Fyodor Lukyanov dekabrın 6-da KTMT-nin zirvə görüşünün təxirə salınmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın daxili işlərinə müdaxilə edildiyi kimi qiymətləndirilə biləcək addımlardan mümkün qədər yayınır.

"Belarus nümayəndəsinin seçilməsi daxili siyasi mübahisələrə zəmin yaradaraq, seçkilərə təsir edə biləcək amil ola bilərdi, Rusiya bacardıqca bundan yayınır. Buna görə də KTMT-də ən nüfuzlu ölkə olaraq Rusiya, hər hansı rəhbər üçün acı olmasın deyə problemi bu cur həll etməyə qərar verib".

Lukyanov hesab edir ki, bu düzgün yanaşmadır. Onun sözlərinə görə, namizəd məsələsi artıq həll edilib, sadəcə onun rəsmi təsdiq olunması qalıb.

"Həmçinin Ermənistanda daxili siyasi dəyişikliklər davam edir. Bu proseslər də onu göstərir ki, növbəti namizəd haqqında da hər hansı bir cinayət işi ilə bağlı eyni qərar verilə bilər. KTMT-yə üzv ölkələr də bu amildən ehtiyat edirlər. Bu vəzifənin qorunub saxlanması tələb olunarkən, daxili sabitlik də nəzərə alınmalıdır. Çünki bu xadim bundan sonra KTMT-nin nümayəndəsi olacaq, bu vəzifə isə ciddi yanaşma tələb edir", - deyə o qeyd edib.

Lukyanov, 2019-cu ildə baş tutacaq növbəti görüşdə məsələyə dair qərarın mütləq veriləcəyini də vurğulayıb: "Hazırda Rusiya nümayəndəsi KTMT-nin Baş katibi vəzifəsini icra edir. Bir sıra üzv ölkələr buna narazılıq edir. Bir zamanlar Bordyuj bu vəzifəni icra edərkən, səlahiyyət müddəti Ermənistanın olduğuna görə İrəvan narazılıq edirdi. İndi isə növbə Belarusundur. Lakin Ermənistanda hər hansı qüvvə tərəfindən Rusiya tərəfinin ittiham edilməməsi üçün KTMT Baş katibi barədə qərar bir az sonra qəbul ediləcək".

Öz növbəsində rusiyalı ekspert Aleksey Malaşenko da Rusiya amilinin Ermənistanda çox istifadə edildiyinə və ictimai rəyə təsir etdiyinə görə Moskvanın bu məsələdə çox diqqətli davrandığını bildirib.

"İndiki vəziyyətə bu çox təhlükəli ola bilər. Ona görə də Rusiya prezidenti həm Ermənistanı, həm də Belarusu razı salmağa çalışır. 2019-cu ildə keçiriləcək sammitdə Ermənistan və Belarus prezidentlərinin hansı mövqe ilə iştirak edəcəyini bilmirəm. Lakin iclasın təxirə salınması təşkilatın nüfuzu hesabına başa gəlib", - deyə o qeyd edib.

Malaşenko, KTMT-də qərarların konsensus yolu ilə qəbul olunduğuna görə tərəflərə vaxt verilməli olduğunu qeyd edib: "Qərarları dövlət başçıları qəbul etsə də, KTMT-də Baş katib vəzifəsi əhəmiyyətlidir".

İstənilən halda ekspert, bu vəziyyətin Ermənistanın atdığı addım səbəbindən yarandığına görə, neçə aylardır davam edən müzakirələr, mövcud olan ziddiyyətlər və seçkidən qabaq Rusiya prezidentinin məsələnin müzakirəsini təxirə salınması barədə qərar verməsini Ermənistana tərəf atılan addım kimi dəyərləndirir.

"Əgər iclas baş tutsaydı, Belarusun nümayəndəsi ya təyin edilməli, ya da yenidən məsələ təxirə salınmalı idi. Belarus nümayəndəsinin təyin olunması isə Ermənistanda böyük qalmaqala səbəb ola bilərdi. Rusiya sanki "Hakim" rolunda olmaqla çətin vəziyyətə düşüb. Bu təşkilatda istənilən qərar Moskvanın adı ilə hallanmaqla, qeyd olunan ölkə və Rusiya arasında münasibətlərə təsir göstərir. Belə çıxır ki, Ermənistandakı daxili proseslər səbəbindən Belarus və Rusiya münasibətləri korlanmalıdır. Buna görə də konsensus lazımdır", - deyə Malaşenko sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Ermənistan   Belarus  

KTMT sammiti niyə təxirə salındı? - EKSPERTLƏR

2018/12/CISO--4632488769.jpg
Oxunub: 703     09:56     07 Dekabr 2018    